"İndi bazaya gedirəm, onunla söhbət edəcəm"

14:01 - 9 Mart 2014

Tural Nərimanov: "Penaltini qola çevirməməyimiz komandanı ruhdan saldı"

 

"Məşqlərdə hər şey yaxşı gedir. Oyuna gələndə isə nəsə alınmr. Elə bil ki, qara zolağa düşmüşük. Qış fasiləsindən sonra keçirtdiyimiz 7 oyunda elələri olub ki, üstünlük bizim tərəfimizdə olub. Sadəcə son nöqtəni qoymağı bacarmırıq. Elə səhvlər edirik ki, qapımızda qol görüb məğlub oluruq. Həqiqətən də bu gün yaxşı oynadıq. Xüsusilə də ikinci hissədə "Simurq"a oynamağa imkan vermədik". 

 

Bu sözləri Sportal.az-a açıqlamasında AZAL-ın müdafiəçisi Tural Nərimanov deyib. Nərimanov Şemonayevin aldığı qırmızı vərəqəyə də şərh verib:

 

"Penaltini qola çevirməməyimiz komandanı ruhdan saldı. Çox pis olumuşuq. Hakimi  idarəçiliyinə söz deyə bilmərəm. Günahı hakimlərdə deyil, özümüzdə axtarmalıyıq. Əgər Aleksandr Şemonayevə verilən qırmızı vərəqəni deyirsinizsə, həmin anda mən də şoka düşdüm. Şemonayevin kimsə söydüyünü deyə bilmərəm. Çünki yanında deyildim. İndi gedirəm bazaya, onunla da söhbət edəcəm. Soruşacam ki, nəyə görə qırmızı vərəqə almısan?. Ümumiyyətlə "Simurq"a məğlubiyyəti haqq eləmirdik. Oyunun ədalətli nəticəsi heç-heçə idi".  

Xəbər xətti