"Döyüşü uduzsaq da, müharibədə məğlub olmamışıq"
Bu gün Premyer Liqanın 25-ci turun son matçında "Qarabağ" doğma meydanda "Bakı"nı darmadağın edib 4:0
Sportal.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Milinko Pantiç rəqibin daha güclü olduğunu etiraf edib:
"Ədalətli nəticə oldu. Çempionatın ən yaxşı komandası qələbə qazandı. “Qarabağ”ın çox keyfiyyətli oyunçuları var. Bəzi oyunçuları daha güclü çempionatlarda oynamağa layiqdir. Yaratdıqları 5-6 qol epizodundan 4-nü qola çevirdilər. Biz isə yaratdığımız epizodardan yararlana bilmədik. Fikrimcə, “Qarabağ” bu il çempion olacaq. Avroliqada iştirak etmək üçün sona kimi mübarizə aparacağıq".
saytlarin hazirlanmasi