"O epizodda oyundan kənar vəziyyət yox idi"
Premyer Liqanın 25-ci turunda "İnter" səfərdə "Sumqayıt"ı minimal fərqlə məğlub etmişdi.
Sportal.az xəbər verir ki, bu oyunda bir epizodda hakim kobud səhvə yol verib və qonaqların ikinci qolunu qeydə almayıb. Belə ki, ikinci hissənin ortalarında Ruslan Əmircanov cinahdan gələn asmadan sonra mükəmməl zərbə ilə topu qapıdan keçirsə də, laysman burada oyundan kənar vəziyyəti təsbit edir və qol qeydə alınmır. Həmin epizoda diqqətlə baxsaq görərik ki, burada Əmircanov yox hücumçu İvo taborski oyundan kənar vəziyyətdədir, o da topa doğru hərəkət etməyib.
Məsələni aydınlaşdırmaq üçün Xaqani Məmmədova müraciət etdik, o da Sportal.az-a açıqlamasında Rəhim Həsənovun böyük səhvinin olduğunu bildirdi:
"Həmin oyunda Ruslan Əmircanov vurduğu qol qeydə alınmalı idi, orada heç bir ofsayddan söhbət gedə bilməz. Bu oyunda hakimlərin kobud səhvə yol verdi, xüsusi ilə də laysman. O epizodda yan xətt hakimi bir az gözləməli sonra qərarını verməli idi. Rəhim Həsənovun başçılıq etdiyi hakimlər briqadası "İnter"in qtəmiz qolunu saymadı"
Həmin epizodun təkrarını buradan izləyə bilərsiniz.
saytlarin hazirlanmasi