"Bakı"ya 4:0 hesabı ilə qaləb gəlsək də yaxşı oynamadıq"
“Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin Sportal.az-a müsahibəsi
- “Bakı” üzərində 4:0 hesablı qələbə səni təəcübləndirmədi?
- Açığı, bunu gözləmirdim. Çünki qış fasiləsindən sonra “Bakı” daha yaxşı təsir bağışlayırdı. Açığı, rəqibdən çəkinirdik. Onlar oyuna daha yaxşı başladılar. Həmin dəqiqələrdə nəsə oyunumuz istənilən kimi alınmırdı. Hardasa orta xəttə Almeydayla Qaranın yoxluğu hiss olunurdu. Namiq Yusifovla Hacı Əhmədov da bu işin öhdəsindən gəlməyə çalışdı. Bu oyunda “Bakı”ya 4:0 hesabı ilə qaləb gəlsək də biz o qədər yaxşı oynamadıq.
- Əvvəl “Neftçi”yə indi də “Bakı”ya böyükhesabla qalib gəldiniz. “Qarabağ”ı ölkənin ən güclü komandası hesab edirsən?
- Mən bununla razılaşmıram. Ola bilsin ki, güclü komandalara qarşı daha yaxşı oynayırıq. Hesab 2:0 olanda “Bakı” artıq oyunun əldən getdiyini başa düşdü. Adətən hesabda geri olan komandalar oyununu tez itirirlər. “Bakı”da da belə oldu. Onlar hövsələdən çıxmaqla bizə rahat oynamağa imkan verdilər. Rəqib oyununu itirdi bu da hesab arasındakı fərqin böyüməsiylə nəticələndi. Ola bilsin sabah aşağıda gedən komandaların birinə məğlub olaq. Onda deyəcəklər ki, “Qarabağ” zəif komandadı. Futbolda belə şeylər olur. “Bakı” üzərində böyükhesablı qələbə bizdə arxayınçılıq yaratmamalıdı. Əgər çempion olmaq istəyiriksə, hər bir rəqibə onəm verməliyik.
- Premyer Liqanın başa çatmasına 11 tur qalmış “Qarabağ” əsas rəqiblərini 9 xal qabaqlayır. Bu komandanızın vaxtından əvvəl çempion olacağından xəbər vermir ki?
- 11 oyun bilirsiz nə deməkdi 33 xal. Əsas rəqiblərimizlə aradakı fərq 9-10 xaldı. Bu bizim üstünlüyümüzü göstərsə də boşalmaq olmaz. İndiki halda məsulliyyət daha da artmalıdı.
- Üç gündən sonra “Qarabağ”ı ölkə kubokunun ¼ finalında “Qəbələ”ylə çətin oyun gözləyir. İki cəbhədə mübarizə aparmaq sizin üçün çətin olmayacaq?
- Düzdü, yorğunluq var. Ancaq nə edə bilərik? Peşəmiz futbol oynamaqdı. Ən güclü rəqiblərdən biriylə qarşılaşacağıq. Premyer Liqa və ya kubok oyunu bizim üçün heç bir fərqi yoxdu. Əsas odur ki, səfərdən uğurlu nəticəylə qayıdaraq kubokda da yolumuza davam etmək istəyirik. İki cəbhədə mübarizə aparmaq üçün yetərincə gücümüz var. Bizim ehtiyyat skamyada əsas oyunçuları əvəz edə biləcək futbolçular yer alır. Ona görə də hər iki cəbhədə mübarizəmizi sona qədər aparacağıq.
- Cari mövsüm hər üç oyunda “Qarabağ” “Qəbələ”ni məğlub edib. Bu onu göstərmir ki, cütün favoriti “Qarabağ” hesab olunur.
- Mən belə deməzdim. Çempionatla kubok oyununu müqayisə etmək düzgün deyil. Kubok iki oyundan ibarətdi. Elə ola bilər ki, ilk qarşılaşmada oyun alınmaz və məğlub olarsan. Artıq ikinci oyunda bu məğlubiyyətin əvəzini çıxmaq çətin olar. Ona görə də səfərdə bizi “Qəbələ”ylə çətin oyun gözləyir. Onlar da həm çempionatda həm də kubokda mübarizə aparırlar. “Qəbələ” evdə oynayır bir qədər rahat oynayacaq. Qələbə və ya qollu heç-heçə bizə üstünlük qazandıracaq. Ümumiyyətlə, bu vaxta qədər “Qəbələ”ylə oyunlarımız maraqlı keçib. Bu dəfə də istisna olmnayacaq. Qələbə qazanacağıəmız halda komandada ruh yüksəkliyi və özünəinam daha da artacaq. “Qəbələ” səddini keçməklə ölkə kubokunu qazanmaq şansımız da artacaq. Cari mövsüm “qızıl dubl” etsək çəx sevinərəm. İstəyimiz də hər iki titulu qazanmaqdı.
Şahin OĞUZ
saytlarin hazirlanmasi