"Syomin deyir ki, gərginlik yaratmaq çıxış yolu deyil"

16:20 - 10 Mart 2014

Zaur Əzizov: "Neftçi" ilə oyunda məğlubiyyətə layiq deyildik"
 
"Qəbələ" üçüncü dövrədə qeyri-stabil çıxışı ilə yadda qalır.7 oyuundan yalnız ikisindən qələbə qazanan əyalət təmsilçisi çempionluq mübarizəsində "Qarabağ"dan geri qalır. Hesabat tutunda "Neftçi"yə məğlub olan Qəbələliləri qarşıda ölkə kubokunda "Qarabağ"la, ardınca isə səfərdə "Bakı" ilə çətin oyun gözləyir. Komandanın uğursuz çıxışının səbəblərini "Qəbələ"nin meneceri Zaur Əzizovdan öyrəndik. Klub rəsmisi Sportal.az-a açıqlamasında bəzi məqamlara aydınlıq gətirib:
 
"Yığıncaq deyəndə ki, onsuz da, məşqçilər korpusu və futbolçularla hər oyundan sonra görüşürük. Təbii ki, istəməzdik evdə "Neftçi"yə məğlub olaq. Onu da yaddan çıxarmaq lazım deyil ki, "Neftçi" də 5 oyun idi ki, qələbə qazana bilmir, hər iki komanda bu oyuna qələbə üçün çıxmışdı. Qələbə qazana bilməsək də, məğlubiyyətə layiq deyildik. Ən azından oyunun ədalətli nəticəsi heç-heçə idi. Artıq növbəti oyunlara hazırlaşırıq, komanda ikinci pillədə qərarlaşıb, hələ heç nə itirilməyib. "Qəbələ"nin qeyri-stabil çıxışı tək bizi deyil, azarkeşləri, şəhər ictimaiyyətini də narahat edir. Yuri Syominlə hər oyundan sonra bu barədə söhbətimiz olur. O da çıxış yollarını axtarır. Syomin deyir ki, vəziyyəti gərginləşdirmək çıxış yolu deyil. Əsas odur ki, problemləri çözüb bu vəziyyətdən çıxasan. Baş məşqçi də belə anlarda həm azarkeşlər, həm də şəhər ictimaiyyəti tərəfindən dəstək gözləyir. Qarşıda kubok və ardınca səfərdə "Bakı" ilə çətin oyun gözləyir. İnanıram ki, komandamız bu oyunlarda uğursuzluğa son qoyub qələbələri sıralayacaq. Açığı, bundan əvvəlki oyunlarda da komanda elə də zəif çıxış etməyib. Sadəcə yaranmış qol fürsətlərindən istifadə edə bilməmişik, bunu bəxtsizliklə də əlaqələndirə bilərəm. Məsələn: "Neftçi" ilə oyunda Nizami Hacıyev son dəqiqədə topu qapı dirəyinə vurur. Yəqin ki, bəzi səhvləri bu tilsimi qıracağıq. Hələ çempionluqdan əl çəkməmişik, mübarizəmizi davam etdirəcəyik. Düzdü, "Qarabağ"ın oyunu çempion olacağından xəbər verir. Əgər belə olarsa, bizə ancaq təbrik etmək qalır. Amma qarşıda hələ 11 tur var".

Xəbər xətti