Qolu sayılmayan futbolçu: "Sumqayıt" qol vursaydı, qalacaqdıq böyrü üstə" MÜSAHİBƏ

18:16 - 11 Mart 2014

Əmircanov: "Neftçi"də elə futbolçular var ki, "canavar" kimi gözləm mövqeyindədir"
 
"İnter" və millimizin üzvü Ruslan Əmircanovun Sportal.az-a müsahibəsi:
 
- “Sumqayıt”la oyunda təmiz qolunu hakim hesaba almadı. Bu sənə necə təsir etdi?
- Necə təsir edəcək, pis. Mənim ampulam müdafiəçidir. Mövsüm ərzində cəmi 2-3 top vuraram, onunda biri hesaba alınmadı. Təmiz qolumu hesaba alınmaması məni bir qədər ruhdan saldı. Fikir verin, həmin oyunda biz 1:0 hesabı ilə qalib gəldik. Matçın sonlarında “Sumqayıt” hücuma atıldı və qapımız qarşısında bir neçə qol epizodu yaratdı. Onlardan biri qapıdan keçsə idi və nəticədə hesab bərabər olsaydı, buna kim cavabdeh olacaqdı?
Elə bil üç xal qazandığımız halda, iki xal əlimizdən çıxacaqdı. 1:0 elə bir hesabdır ki, hər anda rəqib hesabı bərabərləşdirə bilər. 2:0-dan sonra isə daha rahat oynayardıq. “Sumqayıt” qol vursaydı, qalacaqdıq böyrüüstə. 
 
- Hakimlər Komitəsinin Xaqani Məmmədov da vurduğun qolun təmiz olduğunu etiraf etdi. Sən günahı kimdə görürsən?
- Onun açıqlamasını oxudum, HK-nin sədri bildirib ki, günah yan hakimdə idi. Digər tərəfdən də laysmanın səhvini gərək Rəhim Həsənov düzəldərdi. Mən hakimləri də qınamıram. Ola bilsin ki, tərəddüd ediblər, o qədər beynəlxalq dərəcəli hakimlər səhvə yol verir ki. Ancaq belə epizodlarda hakimlərin diqqətli olmaları lazım idi. Əgər “Sumqayıt”la oyunda xal itirsəydik, böyük skandal yaranardı. Həmin anda yan xətt hakimi ötürmə zamanı gözləmədən bayrağı qaldırır. Əslində hansı ki, ofsaydda olan futbolçumuzun baş üzərindən top xeyli aralı düşür, həmin məqamda mən müdafiəçilərin arxasından çıxıb topu qapıdan keçirtdim. Bunu dəfələrlə görmüşük ki, köməkçi hakim gözləmə mövqeyi tutur. Doğrudan da, yundan kənar vəziyyətdə olan futbolçu topa müdaxilə edirsə, o zaman laysman bayrağı qaldırır. Xaqani Məmmədovun dediyi fikirlərlə razıyam, mənim qol vurduğum epizodda gərək məsuliyyəti baş hakim Rəhim Həsənov üzərinə götürüb laysmanın səhvini düzəldərdi. Həmin epizodda “Sumqayıt”ın futbolçuları da təəccüblü qaldılar ki, qolu niyə qeydə almadılar. Yan hakim bayrağı qaldırmasını rəqib futbolçular gülüşlə qarşıladılar. Mənə təsir edən təmiz qolumun sayılmamasıdır. Bəlkə də bu qol ayın ən gözəl qolu da seçilə bilərdi. Nə edə bilərəm ki, qismət belə imiş.
 
- Sabah ölkə kubokunun ¼ final mərhələsində “Neftçi” ilə qarşılaşacaqsınız. Rəqib komandadakı itkiləri nəzərə alsaq, “İnter”i ilk oyunda daha üstün saymaq olar?
- Saşa Stamenkoviç, Mahir Şükürov, Elvin Yunuszadə və Cavid İmamverdiyevin oynamamasından xəbərimiz var. Ancaq bu o demək deyil ki, “Neftçi” zəif təsir bağışlayacaq. “Neftçi” ilə bir komandadır ki, rəqibin ehtiyyat skamyasında elə oyunçular var ki, "canavar" kimi gözləmə mövqeyindədirlər. Onlar da vaxtını gözləyir ki, özlərini sübut etsinlər. “Neftçi”də bu boşluqları doldura biləcək yetəri qədər futbolçu var. Saşanı çərçivədə Pavel Doroşevs tutacaq, oda çalışacaq ki, yaxşı dayansın Saşanı ehtiyyt skamysına göndərsin. Elvin Yunuszadənin yerində İqor Mtreski yer ala bilər. Şükürovun yerində isə Məqsəd İsayev və ya Emin Mehdiyev meydana çıxa bilər. Cavid İmamverdiyevin mövqeyində isə Mirhüseyn Seyidov ola bilər, o da son oyunlarda göstədiyi oyunla əsas heyətin üzlvrindən birinə çevrilib.
 
- İlk oyunun evdə olması “İnter”ə üstünlük yaradır?
- Kubok iki oyundan ibarətdi, ilk oyundan çox şey asılıdır. Ona görə də, bütün gücümüzü bu oyuna qoyacağıq ki, əlverişli nəticə qazanaq. Ancaq birinci qarşılaşmada fərqli hesabla qalib gəlsək də, bu bizi arxaynlaşdırmamalıdır. Ən əsas odur ki, qapımızdan qol buraxmamalıyıq, çünki səfərdə vurulan bir qol 2-yə bərabərdir.Əgər növbəti mərhələyə vəsiqə qazanmaq istəyiriksə, bu cütün taleyini ilk oyundaca həll etməliyik, Baxmayaraq ki, “Neftçi” itkilərlə meydana çıxacaq, onların yenədə güclü heyəti var.
 
- Vaxtı ilə “Neftçi”nin formasını geyinmisən. Sabiq komandanla münasibətin necədir?
- Düzdür, vaxtiı ilə bu komandada oynamışam. Oradakı bütün kollektivlə münasibətim yaxşıdır. Onlardan heç bir narazıçılığım yoxdur, klub rəhbərliyindən tutmuş adminstratoa kimi hamı ilə görüşürəm. Orada işləyənlərin hamısı mənim xətrimi çox istəyirlər. 
 
- Nə vaxtsa yenidən “Neftçi”yə qayıda bilərsən?
- Futbolda hər şey ola bilər, elə futbolçular var ki, karyerasına bir komandada başlayıb sonuna qədər orada oynayır. Bəzən də elə olur ki. oyunun alınmır, başqa komandaya keçirsən, hər şeyi pulla ölçmək düzgün deyil. Pul alıb oynamamaqdansa, o, komandada qalmamaq daha yaxşıdır. Elə bir vaxt gəlib çıxır ki, gözdən düşürsən, artıq komandaya lazım olmursan. “Neftçi”dən ayrılsam da, oranın çörəyini yemişəm. İki il ardıcıl orada tər tökmüşəm və heç vaxt da bunu itirmərəm. Həm “İnter”də, həm də “Neftçi”də özümü rahat hiss etmişəm. “Neftçi”də elə olurdu ki, ehtiyyatda qalırdım, burada isə oyunların çoxunda əsas heyətdə oluram. İstər-istəməz daima meydanda olmaq futbolçunun oyun praktikasına kömək edir. “Neftçi”də isə müəyyən səbələrə görə əsas heyətə düşə bilmirdim, bunu özüm də bilmirdim. “İnter”də isə daim oynadığım üçün milliyə də dəvət alıram.
 
Yusif HÜSEYN

Xəbər xətti