"Bu gün "Qarabağ"a qol vurub qol orucumu pozacam" MÜSAHİBƏ

00:02 - 12 Mart 2014

Daniel Subotiç: "Bu uğursuz nəticələrə görə onlardan üzr istəyirəm"
 
"Qəbələ"nin hücumçusu Daniel Subotiçin Sportal.az-a müsahibəsi
 
- Premyer Liqanın son turunda öz meydanınızda “Neftçi”yə məğlub oldunuz…
- Bu oyun haqqında çox danışmaq istəmirəm. Oyunumuz alınmadı, “Neftçi” ilə qarşılaşma elə bir oyun idi ki, ilk qolu vuran 3 xalı qazanası idi, belə də oldu. Artıq bu oyunu unudub “Qarabağ”la oyuna köklənmişik.
 
- Komandanın üçüncü dövrədə uğursuz çıxışının səbəbi nədir ?
- Heç bir səbəbi yoxdur, hazırda komanda “qara zolağ”a düşüb, bu da mövsüm ərzndə hər bir komandanın rastlaşdığı bir  haldır. Heç nə istədiyimiz kimi getmir. Bu uğursuzluq seriyasına bu gün “Qarabağ”la matçda son qoyacağıq.
 
- Marat İzmaylovun komandaya transferindən sonra komandada uğursuz seriya başlandı..
- Mən belə düşünmürəm, Marat bizim üçün böyük köməkdir, sadəcə onun oynayıb formaya düşməsinə ehtiyac var, daha sonra o bizə çox xeyir verəcək. Onun formada olmaması bunun üçün səbəb ola bilməz.
 
- Bu gün ölkə kubokunun ¼ final mərhələsində “Qarabağ”la qarşılaşacaqsınız..
- Bizim üçün çox çətin olacaq, çünki çempionatda baş tutan hər üç oyunda məğlub olmuşuq. Ancaq bu gün nəyin bahasına olursa olsun qalib gəlib bu tilsimi qırmalıyıq. Qazanacağımız bir qələbə komandanın yüksəlişə keçməsinə çox kömək edəcək.
 
- Komandanın qol silahısan, amma üç oyundur ki, qol vura bilmirsən ?
- Hər oyun əlimdən gələni edirəm ki, komandama kömək edim, amma alınmır, nə etmək olar? Bu gün qol vurub həm qol orucumu  pozacam, həm də azarkeşlərimizi sevindirəcəm.
 
- Azarkeşlər də komandadan göstərdiyi nəticələrə görə narazıdır...
- Onlara haqq qazandırıram və onlardan bu uğursuz nəticələrə görə üzr istəyirəm, onlar belə nəticələrə layiq deyillər. Ümid edirəm, onlar indi olduğu kimi də sona qədər bizi dəstəkləyəcək, bizim onlara ehtiyacımız var.
 
Yusif HÜSEYN

Xəbər xətti