"Əvəzetmə ilə orta xətti gücləndirdim"
"Kubok oyunları adətən ağır oyun olur, çünki cəmi iki oyundan ibarət olur. Fikirləşirəm ki, bu nəticə bizim üçün sərfəlidir. Düzdür hesabı qoruya bilmədik, bunun da səbəbi "Qəbələ" ilə səfər oyunundan üç gün sonra oynadıq. Komandada yorğunluq hiss olunurdu. Flavinyo bu gün öz səviyyəsindən aşağı çıxış etdi".
Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "İnter" ilə oyundan sonra bildirib. O, etdiyi əvəzetmələrə də toxunub.
"Denis Silvanı ona görə meydana saldım ki, ortanı gücləndirdim. Bir əvəzetmə ilə komandanı yenilədim. Qismət bu idi, bu nəticədə pis deyil. Əsas o idiki , səfərdə qol vura bildik"
saytlarin hazirlanmasi