Vaqif Cavadov mühafizəçilərlə mübahisəsinə aydınlıq gətirdi
“İnter”in kapitanı Vaqif Cavadov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi” ilə qarşılaşmadan sonra oyunla bağlı fikirlərini Sportal.az-a açıqladı:
“Bu oyunda hər iki komanda qalib gəlmək istəyirdi. “Neftçi” ilə müqayisədə biz daha üstün oynadıq. Bizim qol vurmaq imkanlarımız daha çox idi. Məğlub olmaqdansa , heç-heçə etmək daha yaxşıdı. Hələ qarşıda cavab oyunu var. Şanları 50-50-yə dəyərləndirirəm. Cavab oyununda sonra hər şeyə aydınlıq gələcək. Rəqibin burda bir top vurması onlara heç də üstünlük qazandırmır. Əgər səfərdə belə oynasaq mərhələni adlayan tərəf “İnter ” olacaq. Ancaq bu futboldu hər şey ola bilər.
Bu gün biz daha yaxşı oynadıq ancaq nəticədə bərabəlik qeydə alındı. Gərək pis oynayıb udardıq. “Neftçi” zəif oynasa belə heyətində güclü futbolçular var. Bu komanda uğursuzluq zolağında olduğu məqamda da özunu toparlamağı bacarır. Ola bilsin ki, oyunları istənilən kimi alınmadı. Bu baxımdan rəqibin qol imkanları da olmadı. Hardasa penaltini də qaçırmaqları onların ziyanına işlədi. Həmin epizodda topun oyunçumuzun əlinə dəydiyini görmədim. Əksinə, rəqib bizim futbolçuya qarşı kobud oynamışdı. Gözləyirdim ki, hakim qarşı tərəfə cərimə zərbəsi təyin edəcək əvəzində bizim qapıya penalti verdi”.
Millimizin aparıcı üzvü fasiləyə yollanarkən hakimlərlə dialoqa və PFL-in mühafizəçiləriylə baş verən mübahisəyə də aydılıq gətirdi:
“Penaltiylə bağl hakimlərə iradımı bildirmək istəyirdim. PFL-in mühafizəçiləri qarşımı kəsəndə əsəbləşdim. Onlara dedim ki, siz hakimləri futbolçulardan deyil, kənar şəxslərdən qoruyun. Mən kapitan kimi hakimə söz demək istəyirəm. Onlar mane olmağa çalışsalar da mən sözumu Əliyar Ağayevə çatdırdım. Hakimə penalti qərarının dogru olmadığını bildirdim”.
saytlarin hazirlanmasi