"Dinamo"nun üzvü Azərbaycanda oynayacaq!

12:58 - 13 Mart 2014

David ölkəmizdə oynayan gürcü dostlarından da məsləhət alıb

 

Yayda Azərbaycanda daha bir gürcü oyunçu çıxış edəcək. Sportinfo.az-a daxil olan məlumata görə, "Dinamo"nun hücumameyilli yarımmüdafiəçisi Georgi Canelidze 2014/2015 mövsümündə Topaz Premyer Liqasında oynayacaq. 

 

24 yaşlı oyunçu hələ qışda Azərbaycanın iki klubu təklif göndərib. Amma forvard Azərbaycana gəlmək planını təxirə salaraq, ölkəsinin birnömrəli klubu "Dİnamo"ya keçib. "Vit-Corciya"nın yetirməsi olan Canelidze hazırda Tbilisi klubunun üzvüdü. 

 

Amma əsas heyətə düşməkdə çətinlik çəkən David yayda Azərbaycana gəlmək istədiyini bildirib. Gürcü forvarda təklif göndərən klublarımız "İnter" və AZAL-dı. İkincilər hətta Canelidzenin canlı izləmək üçün "Vit-Corciya"nın matçında da olublar. Amma bayaq da qeyd etdiyimiz kimi, hücumçu "Dinamo"ya keçidi üstün tutub. Canelidze 2012-ci ildə Rusiyanın aşağı liqa klubu "Neftximik"də legioner həyatı yaşayıb. Amma iki oyundan sonra vətəninə geri dönüb. 

 

"Dinamo"da aylıq 3000 dollar qazanan David ölkəmizdə oynayan gürcü dostlarından da məsləhət alıb və ona "gəl burda" oyna deyilib. 

Xəbər xətti