"İlk hissədə də top "Rəvan"ın futbolçusunun əlinə dəymişdi"
"Qarabağ"la oyunda aldığımız məğlubiyyətdən dərs çıxarmışdıq, o oyunu unudub qarşıdakı oyunları kökləndik."Rəvan"la oyunda səfərdə qələbə qazandıq, bizim üçün yaxşı oyun oldu, amma bu nəticə görə arxaynlşmaq lazım deyil, çünki bu oyunun cavab oyunu var. Ümid edirəm, bu oyunda da qələbə qazanacağıq".
Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın gənc yarımmüdafiəçisi Vüqar Mustafayev bildirib. O, "Rəvan"ın etiraz etdiyi verilməyən penalti məsələsinə də toxunub:
"Sözün düzü, həmin epizodda top əvvəlcə dizimə, daha sonra dirsəyimə dəyid. Amma hesab edirəm ki, hakim həmin epizodda doğru qərar qəbul penalti vermədi, çünki, ilk hissədə də eyni epziod rəqibin qapısında təkarlandı. Cavidin ötürməsi zamanı top "Rəvan"ın futbolçusunun əlinə dəydi, lakin hakim davam işarəsi verdi".
Gənc futbolçu Premyer Liqanın 26-cı turunda qarşılaşacaqları "Qəbələ" ilə oyundan da danışıb:
"Bu qarşılaşma bizim üçün çox vacib oyun olacaq, bu oyunda qələbə qazanıb ikinci pilləyə yüksəlmək istəyirik. Dünənki qarşılaşmada qazandığımız qələbə komandanın əhval-ruhiyyəsinin düzəlməsi üçün vacib idi. "Qarabağ"la oyunda buraxdığımız səhvləri "Qəbələ" ilə oyunda buraxmamağa çalışcağıq. Bir sözlə, bu oyunda 3 xal üçün nə lazımdırsa, onu da edəcəyik".
saytlarin hazirlanmasi