Millimizin hücumçusu xaricdə klub tapdı

11:25 - 14 Mart 2014

Forvard Latviya klubu ilə müqavilə imzalayacaq

 

Azərbaycan milli komandasının sabiq hücumçusu Murad Hüseynov özünə yeni iş yeri tapıb. Sportinfo.az-ın əldə etdiyi özəl məlumat görə, ucaboy forvard hazırda "Dauqava" ilə məşq edir. Huseynov hazırki klubu ilə hələ müqavilə imzalamayıb. 

 

Ancaq Latviya klubunun çalışdırıcısı İvan Tabanov Muradı komandasında görmək istəyir. Sadəcə son vaxtlar futbol oynamadığından onun hazırlıq səviyyəsi Tabanovu narazı salıb. Baxışdan uğurla keçəcəyi halda, forvard Latviya klubu ilə müqavilə imzalayacaq. Dauqava şəhərini təmsil edən klub yola saldığımız mövsümü 3-cü pillədə başa vurub. Martın 21-də start götürəcək yeni mövsümdə də "Dauqava" yüksək yerlər üçün oynayacaq. Bunun üçün Tabanov Muradın komandada saxlanılmasını istəyib. 

Millimizin sabiq oyunçusu latviyalılarla yola getsə, martın 22-də birinci turda "Ventsplis" qarşısına çıxacaq. Bir müddət əvvəl Hüseynov "Anji", "Luç-Enerjiya"da baxışda olmuşdu.

Xəbər xətti