Xaqani Məmmədov: "Sxadadze getsin futbol qaydalarını öyrənsin"

17:23 - 14 Mart 2014

"O, komandasına futbol oynamağı öyrətsin"
 
"İnter"in baş məşqçisi Kaxabaer Sxadadze "Neftçi" ilə oyundan sonra mətbuat konfransında hakimin ilk hissənin sonlarında verilən penalti qərarına etiraz edərək "Belə oyunda belə penalti verməzlər"  ifadəsini işlətmişdi.
 
Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Sportal.az-a açıqlamasında Sxadadzenin bu fikrinə cavab olaraq bunları dilə gətirib:
 
"İlk olaraq onu deyim ki, Sxadadze getsin, futbol qaydalarını öyrənsin. Topun ələ dəyərkən əlin açıq və ya qapalı olduğuna diqqət versin. Mən də deyirəm ki, o hakimlərdə səhv axtarana kimi getsin, o boyda epizodlardan istifadə edə bilməyən komandasına futbol oynamağı öyrətsin. Yaxşı olar ki, Sxadadze bzim işimizə qarışmasın, biz öz işimizi yaxşı bilirik və ona uyğun da hərəkət edirik".

Xəbər xətti