Sənan Abdullayev: "Qonaqların birinin davamlı şəkildə dəyişməsinin tərəfdarıyam"
"İdman Azərbaycan" telekanalında yayımlanan "Premyer Liqa" verilişinin daimi ekspertlərindən olan Erkin İbrahimov açıqlamasında "Xəzər TV" və "Space TV"-də demokratiyanın olmamasını bildirib.
Bu məsələyə münasibət bildirmək üçün "Xəzər TV"-də yayımlanan "Futbol saatı" verilişinin aparıcısı Sənan Abdullayevlə əlaqə saxladıq və o, Sportal.az-a açıqlamasında bunları dilə gətirib:
“Erkin İbrahimovun ekspert kimi televiziyadan uzaqlaşdırılmasına mən də üzülürəm. Ancaq İbrahimovun verdiyi müsahibədə bir məsələylə razılaşmıram. Demokratiya anlayışını Erkinin simasında ölçmək düzgün deyil. Əgər “İdman Azərbaycan” kanalında demokratiya vardısa, Erkin verlişdən uzaqlaşdırılımazdı. Hərənin demokratiyaya bir cür baxışı var. Ola bilsin ki, Erkinin baxışı ilə “İdman Azərbaycan” kanalında demokratiya var. Mənim verilişimdə daim qonaqlardan biri də Ceyhun Sultanovdur, ondan da soruşa bilərsiniz ki, ona kimsə göstəriş verib ki, fılan şey haqqında danışma. Hərənin öz baxış tərzi var, mən də başqa cür məsələyə baxıram. Bu da İbrahimovun baxış tərzidir, buna da hörmət etmək lazımdır. Mənə burda işlədiyim müddətdə nə AFFA-dan, nədən başqa yerlərdən tapşırılmayıb ki, filankəs haqqında danışma.
Mənim fikrimə görə, bu gün səlis danışıq tərzi olan futbolçu və futbol adamı azdır. Mən də istəyərdim ki, 4-cü qonaq tez-tez dəyişsin. Amma ümumlikdə 3 nəfər olmasının tərəfdarıyam, çüni müzakirələ edilir, şərhlər verilir. Kanal rəhbərliyi məsləhət verdi ki, iki nəfər jurnalist, iki futbol xadimi olsun. Qonaqların birinin davamlı şəkildə dəyişməsinin tərəfdarıyam”,
saytlarin hazirlanmasi