"Cavab oyununda da belə oynasaq, növbəti mərhələyə vəsiqə qazana bilərik"

00:02 - 15 Mart 2014

Səlahət Ağayev: "Bu dəfə də həmin cinaha vuracağını zənn etdim"

 

"1:0 məğlub olurduq, oyunun sonlarını yaxın bərabərlik qolunu vura bildik. 1:1 hesabı da bizim üçün sərfəli nəticə deyil, amma uduzmaqdan yaxşıdır. Oyun boyu üstün tərəf biz idik,  bir dəfə təhlükəli epizod yaratdılar, o da qol oldu. Cavab oyununda belə oynasaq, növbəti mərhələyə vəsiqə qazana bilərik. məncə, hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı bərabərdir"

 

Bu sözləri "Neftçi" ilə kubok matçından sonra Sportal.az-a açıqlamasında "İnter"in qapıçısı Səlahət Ağayev deyib. O, Araz Abdullayevin dəqiq yerinə yetirə bilmədiyi penaltiyə də şərh verib:

 

"Mən də penalti epizodumu görmədim, çünki qabağımda futbolçu var idi. Ancaq mənə elə gəlir o epizodda top əli tapdı. Penalti verdi, nə edək,Əliyar da cavan hakimdir. Keçən oyunda Araz Abdullayev sol tərəfə vurmuşdu, bu dəfə də həmin cinaha vuracağını zənn etdim və ona görə o tərəfə tullandım, penaltilərin çoxu 99 faiz qol olur. Əsas odur ki, top qapıya daxil olmadı, dirəkdən qayıtdı"

 

Xəbər xətti