Uğur Pamuk: "Sumqayıt" sonuncu pilləyə layiq komanda deyil"
"Sumqayıt"ın futbolçusu Uğur Pamukun Sportal.az-a müsahibəsi
- “Neftçi” və “Bakı”ya qarşı göstərdiyiniz inamlı oyuna “İnter”lə oyunda sərgiləyə bilmdiniz. Buna səbəb nə idi ?
- Deməzdim ki, pis oynadıq. Düzdür, oyunumuz “Neftçi” və “Bakı” oyunlarındakı kimi alınmadı, amma bunu da qeyd edək ki, “İnter” güclü komandadır. Bizdə də hamı əlindən gələni etdi, istəyirdik ki, məğlub olmayaq amma olmadı.
- Bildiiymiz qədər xəstələnmisən. “Xəzər Lənkəran”la matça qədər tam hazır olassan?
- Bəli, qrip olmuşdum, amma gündən-günə daha da yaxşılaşıram. Çalışacam ki, bu oyuna qədər tam hazır olub meydana çıxım.
- Müqavilə ilə məxsus olduğun “Xəzər Lənkəran”la oyun haqqında fikirlərini bildirərdin..
- Mən hər oyuna necə hazırlaşıb çıxıramsa, bu oyunda elə olacaq. Hazırda “Sumqayıt”ın uğurları üçün çalışıram və meydanda da əlimdən gələni edəcəm.
- Bəlkə bu oyun özünü Mustafa Dənizliyə sübut etmək üçün bir şansdır.
- Düzdür, may ayından sonra “Xəzər Lənkəran”la yarımillik müqaviləm var, amma may ayına qədər mən öz komandama kömək etməliyəm. Özümü kiməsə sübut etmək üçün yox, komandama kömək etmək üçün oynayıram.
- Artıq premyer Liqada qalmağınız dəqiqləşib. Bu komandada qismən də olsa arxaynçılıq yaradıb ?
- Yox, heç bir arxaynçılıqdan söhbət gedə bilməz. Biz çempionatı sonuncu pillədə bitirmək istəmirik və hər oyuna qələbə üçün çıxırıq. “Sumqayıt” sonuncu pilləyə layiq komanda deyil.
- Artıq çempionatda yetəri qədər təcrübə toplamısan. Fikirləşmirsən ki, daha iddialı komandalarda oynamalısan ?
- May ayında yenidən “Xəzər Lənkəran”a qayıdacam. Ona görə də bu barədə danışmaq üçün hələ tezdir, gəlin mayı gözləyək
saytlarin hazirlanmasi