Leyla İdrisova: " ... siz də bizimlə bahəm hava limanında güləş üzrə olimpiya çempionu olaraq qarşılamağa gedərsiz"
Tanınmış müğənni Leyla İdrisovanın Sportal.az-a müsahibəsi
- Futbolumuza külli miqdarda pullar qoyulur, amma inkişaf yoxdur. Sizcə bu niyə belədir?
- Demək meşqçi zəifidir,oyunçular güclü deyil. Bəlkə, qonararları azdır deyə belə oyun nümayiş etdirirlər. Məncə klublarımızda əcnəbi oyunçuların çox olması da buna səbəb ola bilər, ne bilim yaxşı oynasınlar da onlara nə mane olur ki (gülür)
- Futbolçularımızdan tanıdıqlarınız kim var?
- Kamran Ağayev, Mahir Şükürov, Rəşad Sadıqov və Anar Nezirovu tanıyıram.
- Leyla İdrisova nə zamansa futbol fanatı ola bilərmi? Olarsa, nə zaman baş verəcək bu?
- Oooy,bax bunu deye bilmeyecem, her halda yaxın gələcəkdə bu gözlənilmir. Bu artıq mənim xasiyyətimdir,çətin ki,dəyişəm, amma yenə də dünyanın işini bilmək olmaz,elə bir hal baş versə, özüm şəxsən sizə bu haqda məlumat verəcəm.
- Hansısa trenajor zalına gedib, vaxtını idmana sərf edirsənmi?
- Bu vaxtacan, üzr istəyirem uşağım olmamışdan qabaq getmişəm., amma indi bütün vaxtım uğağıma gedir. May ayında yenidən gedəcəyəm. Mən daha çox dəniz kənarında qaçmağa üstünlük verirəm.
- Övladınızın necə idmana marağı olsa, hansı idman növünə qoyacaqsan?
- Eslində mən o perspektivi onda görürəm, onun çox elastik bədəni var,qolunun gücü təsəvvür olunmaz dərəcədədir.İnwaallah 2033-cü ilde oğlumu siz də bizimlə bahəm hava limanında güləş üzrə olimpiya çempionu olaraq qarşılamağa gedərsiz.
- Leyla bu aralar sənətində nə yeniliklər var bəs?
- Hələ ki, sənətimdə elə də ciddi yenilik yoxdur, amma 3-4 yeni mahnı üzərində çalışıram. Sözün düzü axır vaxtlar hiss edirəm ki, sənətə xobbi gözü ilə baxıram. Mənim hər bu həyatda hər bir yeni mahnım, hər yeni klipim gözümün işiğı bircə balam Bəyazitdir. Eləcə də həyat yoldaşım Sahibim. Heç bir şey ailəmdən qabaq ola bilməz.
Həmzə MƏMMƏDLİ
saytlarin hazirlanmasi