"Uğursuzluğa "Neftçi" ilə oyunda son qoymalıyıq" MÜSAHİBƏ

17:05 - 15 Mart 2014

Fikrət Hüseynov: "Vaqif Sadıqovun baş məşqçi postunda qalıb-qalmayacağına klub rəhbərliyi qrar verəcək"
 
AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun Sportal.az-a müsahibəsi
 
-Qış fasiləsindən sonra komanda “qara zolağ”a düşüb.  AZAL-ın problemlərinin nədən ibarət olunduğunu araşdırmısınız ?
- Mövsümün əvvəlindən artıq klubun strategiyası dəyişdi. Heyətdə gəncləşirmə siyasəti apardıq. Xüsusən də komandaya yerli ənc futbolçullar cəlb etdik. Onların əksəriyyətini də çalışırıq ki, aşağı yaş qrupları üzrə milli komandanın üzvləri təşkil etsin. Gəncləşdirmə siyasətini də mərhələ - mərhələ həyata keçiririk. Strategiya dəyişəndən sonra komandanın maliyyə büdcəsi də aşağı düşdü. Qış fasiləsini biz Bakıda keçirdik, Premyer Liqanın 3-cü dövrəsinə ciddi hazırlıq gördük. Bu uğursuzluğun nədən baş verdiyini hələ də bilmirəm. Bilirsiniz ki, biz mövsümə böyükhesablı məğlubuyyətlə başladıq. Sonra ardıcıl qələbələr qazansaq da, növbəti turlarda yenə qeyri-stabil çıxışlar oldu. İndi də 3-cü dövrənin startında bu halla üzləşdik. Ola bilsin ki, bir sıra aparıcı futbolçuların yoxluğu komandanın oyununa təsir etdi. Bir neçə oyunçumuzun sarı vərəqə limiti doldu və nəticədə cəzalı duruma düşdü. Hər tur optimal heyətlə meydana çıxa bilmirdik. Baş məşqçi məğlubiyyət qarşısında qalıb heyətdə dəyişikliklər edirdi. Hətta əlacsızlıq üzündən yarımmüdafiəçini müdafiəçi oynadırdı. Bütün bunlar istər-istəməz komandanı  uğursuzluğa apardı. Hardasa aparıcı oyunçular olmayanda, baş məşqçinin tətbiq etdiyi sistem də dağılır.
 
-  Bəlkə büdcənin aşağı salınması AZAL-ı iddialılar sırasından kənarda qoydu?
- Mən belə deməzdim. Həmin komandadır ki, ilk dövrədə “Qarabağ”, “İnter” və “Bakı” kimi güclü komandaları məğlub etdik. Bu uğursuzluğu maliyyə ilə bağlamıram. Yəni, həmin heyət, həmin futbolçulardır. Əslində, büdcənin aşağı salınmasının buna heç bir aidiyyəti yoxdur. Biz futbolçuların səviyyəsinə görə qiymət veririk. Onlar AZAL-dan getsələrdə, başqa klublar da həmin pulu vrəcəklər. Kluba tərtib olunan büdcənin miqdarında heyətə 25 futbolçu cəlb edilib.
 
- Mükafatçılar sırasından kənarda qalan AZAL hazırda nə üçün mübarizə aparır?
- Мən deməzdim ki, şansımızı itirmişik. Ümid sonda öıür. Bu günlərdə yığıncaq keçirdik, komandanın üzvləri ilə ciddi söhbətimiz oldu. Ola bilsin ki, futbolçularda psixolojo gərginlik var. Hardasa, bu gərginliyin nəticəsində oyunları istədikləri kimi alınmır. Əsas bu problemi aradan qaldırmaq lazımdır ki, komanda özünə gələ bilsin. Bunun üçündə rəhbərlik əlindən gələni əsirgəmir ki, komanda qısa müddətdə “qara zolaq”dan çıxsın.
 
- Siz hələ də deyirsiniz ki, avrokuboklara vəsiqə qazanmaq üçün hələ şansımız var. AZAL-ın 4-cü yerdə qərarlaşan komanda ilə xal fərqi 12-dir. Bu fərqi əritmək sizə belə asan görünür?
- Hələ qarşıda 11 tur var. 12 xalı 5 tura da bağlamaq olar. Səhv etmirəmsə, 2008-ci ildə mövsümün sonuna 5 tur qalmış  “İnter” turnir cədvəlində 5-ci pillədə qərarlaşırdı. Liderlə də xal fərqi 10 idi. Sona necə oldu? “İnter” mövsümü çempion kimi başa vurdu.  Elə cari mövsümdə də “İnter” çempionata yaxşı start verməmişdir. Onlar da ardıcıl məğlubiyyətlərlə üzləşdi, hətta turnir cədvəlinin sonuncu pillələrində də qərar tutdu. Ancaq vaxt keçdi, “İnter” oyununu taparaq üst pillələrə yüksəldi. Hələ də gec deyil, AZAL özünə güc tapıb ilk 4 komanda arasında yer ala bilər. Bizə bir qələbə lazımdır ki, oyunçular özünə gəlsin. Ondan sonra qələbələrin ardı gəlcək.
 
- Növbəti rəqib “Neftçi”dir. Bu komanda da çempionluq uğrunda mübarizəni davam etdirir. Sizcə, AZAL-ın səfərdə “Neftçi”ni udmağa potensialı çatacaq ?
- Niyə də yox. Qış fasiləsinə son turda “Neftçi”ni evdə məğlub edib yollanmışdıq.Uğursuzluğa məhz bu oyunda son qoyub mövsümü yaxı yerlərdə bitirməliyik. Düzdür. Rəqib də xeyli xallar itirib. Onlar da qələbə qazanmağa çıxacaqlar.Çox maraqlı oyun olacaq. Hər halda “Neftçi” lider “Qarabağ”a çatması üçün üç xal qazanmalıdır. əslində, bizim komanda ev oyunları ilə müqayisədə səfər də daha yaxşı oynayır. Ümid edirəm, bu oyundan sərfəli nticə ilə qayıdacağıq. 
 
- Baş məşqçi Vaqif Sadıqovun işindən razısınızmı?
- Onun oyun fəlsəfəsi çox güclüdür. Vaqif Sadıqovun gəlişindən sonra komanda baxımlı oyun göstərir. Əslində elə qarşılaşmalar var ki, AZAL qələbəyə layiq oynasa da, xal itkisi ilə üzləşib. Bəzən üstünlük bizim trəfdə olsa da, istənilən qol vəziyyətlərindən yararlana bilmirik. Hardsa, bəxt amili də bu mövsüm ZAL-dan üz döndərib. Ümumiyyətlə, Sadıqovun komandaya gətirdiyi yeni oyun üslubu və təcrübəli məşqçinin futbol strategiyası rəhbərliyi razı salır.
 
- Əgər mövsümün sonunda komanda hədəflərinə çata bilməsə, baş məşqçi ilə yollar ayrılacaq?
-  Vaqif Sadıqovla ikiillik müqaviləmiz var. Biz elə klub rəhbərliyi deyilik ki, uğursuzluğa görə tez-tez məşqçi dəyişək. Birdə ki, komandanın uğursuzluğunda bütün günahı məşqçinin üzərinə atmaq da düz olmaz. Sadıqov təcrübəli məşqçidir və komandanı bu uğursuzluqdan çıxarmağın yollarını daha yaxşı bilir. Klubun prezidenti Zaur Axundov  mövsümün yekunu ilə bağlı baş məşqçinin işinə qiymət verəcək. Vaqif Sadıqovun baş məşqçi postunda qalıb-qalmayacağına klub rəhbərliyi qrar verəcək..
 
- Onda belə çıxır ki, heyətdə bir neçə islahatlar baş tutacaq.
- Heyətin 30-40 faizi komandada qalacaq, yəni kimlərin qarşıda bir il, il yarım müqaviləsi varsa, onlarla yolumuza davam edəcəyik. Onların yanına daha səviyyəli futbolçular qatacağıq ki, AZAL-ı daha da gücləndirək. Növbəti mövsüm üçün daha diqqətli olacağıq ki, güclü komanda formalaşdıraq.. Bununla bağlı may ayında yığıncağımız olacaq və orada həmin məsələlər müzakirə olunacaq.

Xəbər xətti