"Qəbələ"nin vitse-prezidenti: "Top Subotiçin əlinə dəymişdi"

16:06 - 16 Mart 2014

Fariz Nəcəfov: "Hakimə etirazmız yoxdur"

 

"Komandamız yaxşı oyun nümayiş etdirdi. Yaxşı qol epizodları əldə etdik. Bunlardan yalnız birini dəyərləndirə bildik. Düzdü, son dəqiqələrdə komanda geriyə çəkildi. Laımız nəticəni qoruya bilmədik."

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov deyib. Nəcəfov oyun son dəqiqələrində "Qəbələ"nin qapısına təyin olunan penalti epizoduna da belə şərh verdi:

 

"Mən həmin epizodun təkrarına dəfələrlə televiziya vasitəsi ilə baxdım. Bəli, top həqiqətən də Subotiçin əlinə dəymişdi. Hakim düzgün qərar qəbul etdi."

Xəbər xətti