Dənizli: "Türkiyəyə qaytmaq istəsəydim, "Xəzər Lənkəran"a gəlməzdim"

17:13 - 16 Mart 2014

"Bu tilsimi qırdığımız üçün xoşbəxtik"
 
"Həftələrdir davam edən heç-heçələr tilsimimiz var idi, bu tilsimi qırdığım üçün xoşbəxtik. Bu matç bizim üçün geri dönüş oldu, Bundan sonra da əvvəlki oyunlarda itirdiyimiz xallari mövsümün sonunda geri qaytarmağa çalşmacağıq. 
 
Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "Sumqayıt" qalibiyyətindən sonra bildirib:
 
"İndidən sonra kubok oyunu barədə fikirləşəcəyik. Bu oyunda da tur keçmək üçün nə lazmdırsa, edəcəyik. Kuboku qazanmaq istəyiriksə, güclü komandanı udmaq məcburiyyətindəyik  Son oyunlarda yaxşı oyun göstərmirik. Çempionluq yarışndan çox geri qaldığmız üçün arada belə zəif oyun göstəririk. Həhtələrdir istədiyim heyəti meydana buraxa bilmirəm"
 
Mustafa Dənizli Türkiyə mətbuatında yaylan "Dənizli Türkiyəyə qaytmaq üçün son oyunlarda "Xəzər Lənkəran"a fikir vermir" ifadəsinə belə şərh verdi:
 
 
 
"Xəzər Lənkəran"a gəlməzdən əvvəl "Qalatasaray"la 4 dəfə görüşdüm. Türkiyə mətbuatı belə bir şey yaza bilməz.  Türkiyəyə qaytmaq istəsəydim, bura gəlməzdim. Bir çox komandadan təkliflər almşdım. 

Xəbər xətti