Qurban Qurbanovun oğlunu "Rəvan" da dayandıra bilmədi VİDEO

14:43 - 17 Mart 2014

"Neftçi" rəqibini darmadağın etdi

 

U-12 Liqasında növbəti turun oyunları keçirilib. Çempionluğa əsas namizədlərdən olan “Neftçi” “Rəvan”ın qapısından 6 top keçirib.

 

Uşaq futbolunun təbliğatına önəmli yer ayıran sportal.az saytının çəkiliş qrupu həmin oyunda olub.

 

Tanınmış mütəxəssis Qurban Qurbanovun oğlu Musa Qurbanlı 2 qol imza atıb və bununla da çempionatda vurduğu qolların sayını 24-ə çatdırıb.

 

“Neftçi”nin heyətində digər qollara Nihad Məcidov (2 qol), Murad Abbaslı və Vaqif Ağadadaşov imza atıb.

 

Sportal.az oyunun icmalını təqdim edir. 

 

Xəbər xətti