"Qarabağ"ın 9 futbolçusu turun rəmzi yığmasında

15:08 - 18 Mart 2014

Qapıya ən çox zərbə endirən "Xəzər Lənkəran"lı oldu
 
Premyer Liqada 26-cı turun ən yaxşı 11-liyi məlumdur. 
 
Sportal.az xəbər verir ki, İnStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən, ötən turun rəmzi komandasında 11 oyunçudan 9-u "Qarabağ"ın futbolçuları olub.  
 
Rəsmi komandanı aşağıda adları qeyd edilən futbolçular təşkil edib:
 
Qapıçı – İbrahim Sehiç (Qarabağ)
 
Müdafiəçilər – Ansi Aqolli (Qarabağ), Admir Teli (Qarabağ), Karlos Kardoso (Neftçi), Maksim Medvedev (Qarabağ)
 
Yarımmüdafiəçilər – Muarem Muarem (Qarabağ), Riçard Almeyda (Qarabağ), Marinaldo da Silva (Qarabağ), Leroy Corc (Qarabağ)
 
Hücumçular – Vüqar Nadirov (Qarabağ), Draqan Çeran (Simurq)
 
Topa sahib olmada, qapıya zərbələrdə, dəqiq ötürmələrdə “Simurq” digər komandalardan üstün olub. “Bakı” klubu mübarizələrdə və top itkilərində fərqlənib. Ən çox qayda pozuntusuna isə “Neftçi” futbolçuları yol verib. “Xəzər Lənkəran”lı Dejan Blajevski qapıya ən çox zərbə endirən, “Simurq”lu Anderson Olivyera isə dəqiq ötürmə verən futbolçudur. Onun komanda yoldaşı Benjamin Lambot isə hava mübarizələrində hamıdan üstün olub. “Sumqayıt”lı Uğur Pamuk hamıdan çox – 25 dəfə top itkisinə yol verib.
 
Turun ən yaxşı oyunçusu “Qarabağ”lı Vüqar Nadirov olub.

Xəbər xətti