AZAL-ın prezidenti yeni baş məşqçidən nə tələb etdi?

00:02 - 20 Mart 2014

Tərlan Əhmədovla klubun yeni strategiyası açıqlandı

 

İki gün əvvəl AZAL-a baş məşqçi təyin olunanTərlan Əhmədov dünən klub rəhbərliyi ilə görüşüb.

 

Sportal.az xəbər verir ki, klub prezidenti Zaur Axundov, vitse-prezident Fiktət Hüseynovun iştirak etdiyi görüşdə bir sıra məsələlər müzakirə olunub. Əvvəl Zaur Axundov Əhmədovu təyinat münasibətilə təbrik edib və ona yeni fəaliyyətində uğurlar arzulayb. Klub prezidenti çıxışında bildirib ki, hazırda onun qarşısnda duran əsas vəzifə komandanı tez bir zamanda böhranlı vəziyyətdən cıxarıb əvvəlki nüfuzunu qaytarmaqdır.

 

Məhz bu baxımdan klub rəhbəri yeni baş məşqçiyə müfaviq tapşırıqlar verib. Bu görüşdə həmçinin AZAL-ın növbəti mövsüm üçün strategiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Növbəti çempionatda yüksək yerlər uğrunda mübarizə aparmaq və qarşıya qoyulan məqsədə çatmaq üçün istənilən komandan formalaşdırmaq. Klub rəhbəri həm vitse-prezident Fikrət Hüseynova,  həm də baş məşqçi Tərlan Əhmədova konkret təlimatlar  və göstərişlər verib. Vitse-prezident Fikrət Hüseynova tapşırılıb ki, verilən göstərişlərin icrasını nəzarətə götürsün və bununla bağlı vaxtında hesabatlar versin. 

Xəbər xətti