"Bu titulu qorumağa yaxın olan bir anda istəmərik kimsə onu bizim əlimizdən qoparsın" MÜSAHİBƏ

19:03 - 21 Mart 2014

Mirhüseyn Seyidov: "İnanmıram ki, “Qarabağ” bu şansı əldən versin"
 
“Neftçi”nin yarımmüdafiçisi Mirhüseyn Seyidovun Sportal.az-a müsahibəsi
 
- “İnter”i çətinliklə keçdiyinizi demək olar? 
- Cavab oyununda sırf nəticəyə oynadıq. Hardasa yorğunluq da vardı. Ola bilsin ki, bu baxımdan oyunumuz istənilən kimi alınmadı. bizim üçün əsas nəticə idi. Səfərdə vurduğumuz bir top (1:1) bizi yarımfinala daşıdı. Yarımfinalda bizi “Rəvan”la çətin oyun gözləyir. Növbəti mərhələni də adlayıb finala vəsiqə qazanmaq istəyirik.
 
- “Rəvan”ın yarımfinala çıxmasını təəcüblə qarşılamadın ki?
- Əslində gözləmirdim. Çünki, ilk oyunda “Bakı” səfərdə rəqibini 1:0 hesabı ilə məğlub etmişdi. Ona görə də heç vaxt arxaynlaşmaq olmaz. Futbolda rəqibi saymamaq sonda belə nəticələrərə gətirib çıxarır. Ola bilsin ki, “Bakı” oyuna rahat çıxıb. Hardasa ilk matçda qələbə qazanmaları futbolçuları arxayınlaşdırıb. Son dəqiqələrdə qapısında top görməklə bir qədər də sarsıldılar. Ondan sonra “Rəvan” hesabı qoruyaraq cütün taleyini penaltilər seriyasında aydınlıq gətirdi. “Bakı”nın məğlubiyyətini sensasiya kimi qarşılamadım. Belə şeylər hər bir komandanın başına gələ bilər. Əsas odur ki, qarşınadakı rəqibi kiçiltmək olmaz. Onda nəticə əksinə olur.
 
- Belə getsə, “Rəvan” yarımfinalda “Neftçi”yə da başağrısı ola bilər. Qorxmursuz ki, sizin də qarşınızı kubokda “Rəvan” kəsər?
- Hər bir komandaya qiymət vermək lazımdı. “Rəvan” Premyer Liqada sonuncu pilələrdə getməsinə baxmayaraq, son vaxtlar uğurlu çıxış edir. Əgər rəqibə zəif gözlə baxsaq, onda bizdə bunun acısını çəkərik. “Rəvan”ın ölkə çempionatında bir iddisı yovdu. Bunu nəzərə alanda onlar bütün gücünü “Neftçi”ylə kubok oyununa yönəldəcəklər. “Neftçi” isə hər iki cəbhədə mübarizə aparmaq uğrunda vuruşacaq. Müqayisə edəndə “Rəvan”ın itirəcəyi bir şeyi yoxdu. Onlar bir qədər rahat oynayacaqlar. Biz isə kuboku itirməmək üçün gərginlik içində ola bilərik. Belədə artıq rəqib bir addım irəlidə olcaq. Ona görə də işimizi ehtiyatlı tutub rəqibi ciddiyə almalıyıq. Ötən il kuboka sahib olmuşuq. Bu titulu qorumağa yaxın olan bir anda istəmərik kimsə onu bizim əlimizdən qoparsın. Sona qədər mübarizə aparıb yenidən kuboka sahib çıxmaq istəyirik. 
 
- Son vaxtlar əsas heyətdə yer almağın formada olmağından xəbər vermir ki? 
- Yavaş-yavaş özümə gəlirəm. Hiss edirəm ki, oynadıqca artırıram. Hər bir oyunda baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışıram. Bu işin öhdəsindən nə dərəcədə gəldiyimi yəqin məşqçilər korpusu deyə bilər. Əlimdən gələni edirəm ki, komandama bir xeyrim dəysin. Formamı qoruyub saxlamaq üçün məşqlərdə çox çalışıram.
 
- Ölkə kubokuna iddialısız. Bəs çempionatda çempionluq şansınızın hələ də qaldığını ümid edirsiz?
- Niyə də yox? Ümid sonda ölür. Biz çempionluqdan da əlimizi üzməmişik. Hazırda ölkə çempinatında turnir cədvəlinin ikinci pillədə gedirik. Lider “Qarabağ”la aradakı fərq 10 xal olmasına baxmayaraq, sona qədər rəqibizi qovacağıq. Hardasa xal fərqini azaltmaq ehtimalı varsa, niyə də etməyək? İndidən təslim olsaq, onda çempionata da maraq itər. Ancaq inanmıram ki, “Qarabağ” bu şansı əldən versin. Onların çempionluğa yaxın olması daha real görünür.                .                       

Xəbər xətti