"Qarabağ"ın futbolçusu: "Bunu bilsəydim, inanın ki, sizə izah edərdim" MÜSAHİBƏ

11:40 - 22 Mart 2014

Corc Leroy: "Kim istəməz ki, iki cəbhədə mübarizə aparsın"
 
"Qarabağ"ın futbolçusu Corc Leroyun Sportal.az-a müsahibəsi:
 
- Azarkeşləriniz önündə "Qəbələ" 2:1 hesabı ilə məğlub olaraq kubokla vidalaşdınız..
- Biz də istəməzdik ki, məğlub olaq. İkinci hissə oyunu dəyişdirmək üçün şanslarımız da oldu. Onu vurğulayım ki, rəqib bizim oyunumuzu yaxşı təhlil etmişdi və müdafiədə heç bir boşluğa yaratmadılar. Çox üzgünəm
 
- Kubokda mübarizəni dayandırdınız və hazırda bütün diqqətinizi çempionata yönəldəcəksiniz. Bu baxımdan uduzmağını yaxşı hal saymaq olar?
- Yox, belə deməzdim. Kimi istəməz ki, iki cəbhədə də mübarizə aparsın. “Qəbələ” ilə oyunda belə böyük səhvə yol verməməlidik.  Amma indidən sonra yalnız çempionat haqqında düşünməliyik.
 
- Böyük səhviniz nə oldu?
- Əgər bunu bilsəydim, inanın ki, sizə izah edərdim. Alınmadı bu gün, bəxtimiz gətirmədi. Başqa heç nə bilmirəm.
 
- Hollandiyada komanda yoldaşınız olmuş Melvin Platye “Neftçi”dən ayrıldı. Bunu bilirsiniz?
- Əlbəttə.
 
- Onunla görüşmüsünüz? O, özünü “Neftçi”də göstərə bilməməyinin səbəbini nədə görür?
- Bəli, görüşmüşəm. O, yaxın dostumdur. Ancaq siz bunu özündən soruşsanız, o daha yaxşı cavab verər. Mən yalnız özüm haqqında nəsə deyə bilərəm.  Ümid edirəm ki, Platye orada özünü yaxşı tərəfdən göstərəcək.
 
Yusif HÜSEYN

Xəbər xətti