Nizami Hacıyev: "Çox istərdim ki, bu oyunda qol vurub “Qəbələ”yə 3 xal qazandırım"
“Baxmayaraq ki, çempionatın ilk 3 dövrəsində “Qarabağ”a qalib gələ bilməmişdik. Kubokla çempionat oyunu tam fərqlidir. Cavab oyununa ciddi hazırlaşıb bütün gücümüzü səfərbər etdik ki, Ağdam təmsilçisini məğlub edək. Oyunumuz da istənilən kimi alındı və nəticədə qalib gələrək yarımfinala vəsiqə qazandıq. İndi komandanın düşərgəsində abu-hava yüksəkdir. Maşallah, göz dəyməsin, “tfu tfu” düşmənlərimizin gözündən iraq. Artıq növbəti mərhələdə rəqibimiz də bəllidir. Bu “Xəzər Lənkəran”dır. Onların çempionatda elə də bir iddiası olmadığı üçün əsəs yükü kubok oyununa yönəldəcəklər. Çox gərgin oyun olacaq. Hər iki cəbhədə sona qədər mübarizə aparıb cari mövsümdə titul qazanmaq istəyirik".
Bu sözləri Sportal.az-a açıqlamasında "Qəbələ"nin yarımmüdafiəçisi Nizami Hacıyev deyib. Hacıyev Premyer Liqada "İnter"lə qarşılaşacaqları oyundan da danışıb:
"Ancaq kubokdan əvvə biz qarşıdakı tur “İnter”lə oyunu düşünürük. “İnter”i “Neftçi” ilə cavab oyununa baxdım, çox yaxşı təsir bağışladı. Kaxaber Sxadadze bu vaxta qədər çalışdığım məşqçilər arasında ən yaxşılardan biridir. Vaxtilə “İnter”in çörəyini yesəm də, qarşıdakı turda bizə rəqibdir. Çox istərdim ki, bu oyunda qol vurub “Qəbələ”yə 3 xal qazandırım. “İnter” kubokdan əlini üzdüyünə görə bütün gücünü çempionata yönəldəcək. Sözsüz ki, onlar da qələbə qazanmaq istəyəcəklər. Hər halda avrokuboklara vəsiqə qazanmaq üçün “bankirlər” ilk 3 yerdən birini tutmağa çalışacaq. “İnter”ə qarşı həmişə yaxşı oynamışıq və bu dəfə də istisna olmayacaq. Bizim üçün də 3 xal vacibdir. İlk iki pillədə gedən komandalar ilə aradakı xal fərqini artmaması üçün “İnter”ə mütləq qalib gələməyimiz lazımdır. Hələ qarşıda 10 tur var, çox şey ola bilər. Çempionluqdan da əlimizi üzməmişik və sona qədər mübarizəmizi aparacağıq. Düzdür, çempionluğöa daha yaxın “Qarabağ” görünür, amma futbolda bəzən möcüzələrə də rast gəlmək olur”.
saytlarin hazirlanmasi