Güvənc Kurtar: "Belə hakimlərin kokartını cırarlar"

19:20 - 23 Mart 2014

"Hakim az qala cərimə zərbəsini özü vuracaqdır"

 

"İki gün əvvəl 120 dəqiqə kubok oyunu oldu, heç bir yorğunluğumuz yox idi. Heç bir məşqçi bu məğlubiyyət üçün bəhanə axtarmamaldır. Uduzmağmza baxmayaraq futbolçularımı təbrik etdim. Artıqq azlıqda oynamağa öyrəşdik. İndidən sonra 10 nəfər stadiona buraxım ki, hakim əziyyət çəkib qırmızı vərəqə verməsin. Artıq 5-6 oyundur ki, əksik oynayırıq, ikili mübarizələrdə hakim bizim əleyhimizə qərarlar verdi. "Neftçi" ilə kubokda qarşılaşacağıq, ümid edirəm ki, daha təcrübəli hakimlər idarə edər. Belə hakimlərin lisansını cırarlar. Ədələtli fit çalmasan, belə olar. 100 üzərindən 15 də vermərəm. Hakim az qala cərimə zərbəsini özü vuracaqdır".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi" məğlubiyyətindən sonra "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar bildirib.  Baş məşqçi bunları dilə gətirib:

 

"Rəvan"ın fəlsəfəsi futbol oynamaqdır, nəticə bizim üçün ikinci plandadr. Bəzi taktiklər oldu ki, kubok oyununa görə indi istifadə etmədik, saxladıq ki, "Neftçi" görməsin"

Xəbər xətti