"Tez bir zamanda yenidən meydana dönmək istəyirəm"
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov İstanbulda müalicəsini davam etdirir. Kapitan zədəsinin son durumu ilə bağlı Sportal.az-a danışdı
"Komandanın oyunlarını izləyirəm. "Sumqayıt"la qarşılaşmada vacib qələbə qazandıq. Tezliklə komandamızın düşərgəsinə dönüb "Qarabağ"ın çempionluq mübarizəsinə kömək etmək istəyirəm. Hələ ki, İstanbuldayam, müalicəmi davam etdirirəm və bir-iki günə komanda ilə məşqlərə qoşulacam. Əlbəttə ki, belə məqamda komandanın yanında olmağım daha yaxşı olar. "Qəbələ" ilə oyunda oynayıb-oynamayacağımı isə deyə bilmərəm, tez bir zamanda yenidən meydana dönmək istəyirəm ".
saytlarin hazirlanmasi