Aqil Məmmədov: "Topa reaksiya verməyə imkan tapmadım"
"Oyuna çox yaxşı başladıq, ardıcıl qol epizodları yaxaladıq. AZAL-da futbolçular yeni baş məşqçiyə özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Biz bilirdik ki, çətin olacaq. Çünki bu mövsüm AZAL-ı məğlub edə bilməmişdik:səfərdə məğlub olmuşduq, evdə isə heç-heçə oynamışdıq. Hətta bu rəqiblə oyunumuz istənilən kimi alınmır. Şükürlər olsun ki, bu dəfə əksinə, üstünlük bizim tərəfdə oldu. Əlimizə düşən fürsətlərdən, istifadə etsəydik, hesab arasındakı fərq böyük olasıydı. Əsas odur ki, vacib üç xal qazandıq".
Bu sözləri Sportal.az-a açıqlamasında "Bakı"nın qolkiperi Aqil Məmmədov bildirib. O, AZAL-la oyunda buraxdığı qola da şərh verib:
"Con Olureminin qolu isə super oldu. Bir qapıçı bu qola şərh verə bilmərəm. Həqiqətən bu zərbəni gözləmirdim, reaksiya verməyə belə imkan tapmadım. Əslində AZAL-ın yeni baş məşqçisinə də vaxt vermək lazımdır, Tərlan əhmədova da bu yolda uğurlar arzulayıram".
Məmmədov komandasının məqsədlərindən də danışıb:
"Əsas məqsədimiz mükafatçılar sırasına düşüb avrokuboklara vəsiqə qazanmaqdır. Qarşıda çətin oyunarımız. Kubokda erkən mübarizəni dayandırmaqla işimizi çətinə saldıq. "Rəvan"a məğlub olduğumuz gün çox üzüldüm, özümü yer tapa bilmirdim. Evə elə pis halda getdim ki, yalnız qızımı gördükdən sonra özümə gələ bildim. İndi ümid çempionatadır, bütün gücmümüzü buraya qoyub ilk "3-lüy"ə düşməliyik".
saytlarin hazirlanmasi