"Ola bilsin ki, oyunum onu qane etmirdi" MÜSAHİBƏ

16:35 - 24 Mart 2014

Cahangir Həsənzadə: "Əgər komanda iddialılar sırasına düşə bilmirsə..."
 
AZAL-ın kapitanı və qolkiperi Cahangir Həsənzadənin Sportal.az-a müsahibəsi
 
- AZAL-ın məğlubiyyətinə səbəb nə oldu?
- Əslində biz bu oyunda qələbəyə köklənmişdik, ardıcıl uğursuzluqlara "Bakı" ilə oyunda son qoymaq istəyirdik. Hardasa, bəxtimiz gətirmədi, ianılmaz şəkildə qapımızda qol buraxdıq.  Mən ikinci qolu nəzərdə tuturam, orada top Ayltonun ayağına dəyərək səmtini dəyişib qapıya daxil oldu. Əslində həmin oyunun ədalətli nəticəsi heç-heçə idi. Artıq  komandada bır sıra dəyişikliklər olub, yeganə çatışmayan cəhət qələbə qazanmaqdır. 1 oyunu qalib başa vursaq, ardı gələcək. 
 
- Onda belə çıxır ki, psixoloji gərginlik hələ də aradan qalxmayıb ?
- Ola bilsin ki, hələ də gərginlik var, bunu da başa düşmək olar. Hər bir oyuna qələbə qazanmaq istəyi ilə çıxanda insanda gərginlik yaranır. Sonu məğlubiyyətlə nəticələnəndə bir qədər ruhdan düşürsən. İndi komandada yavaş-yavaş bu əhval-ruhiyyə özünə gəlir, qalır ümumi nəticədə qalib gəlmək. Qələbə ruhu geriyə qayıtsa, komanda daha da irəli gedə bilər.
 
- Qış fasiləsinə qədər hər şey yaxşı gedirdi. Birdən-birə nə baş verdi ki, komanda "qara zolağ"a düşdü ?
- Konkret problemin nədə olduğunu deməyə çətinlik çəkirəm.  Əgər bilsəydik, elə onu vaxında arada qaldırardıq. Məşqlər yüksək səviyyədə gedirdi, oyuna gələndə nəysə alınmırdı. Problemin bəxtsizlikmi deyim və ya komandanın oyununda nə isə çatışmır? Əslində bu probelm gözlə görünən deyil. Buna görə də həllini də tapa bilmirik. Görünür, bu üzdən tez bir zamanda aradan qaldırmaq mümkün deyil. 
 
- Vaqif Sadıqovın gedişi ilə bu problem həllini tapdı?
- Bu haqda danışmaq istəmirəm, digər tərəfdən bunu mövsümün sonunda bilmək olar.
 
- Tərlan Əhmədovun gəlişi ilə komandada nə dəyişib ?
- O, baş məşqçi postuna yeni təyin olunub, bir həftə içərisində komandada nəisə dəyişiklik etmək üçün az vaxtdır. Gənc mütəxəssisdir, işinə məsuliyyət və istəklə yanaşır. Tərlan Əhmədov da komandanı öz fəlsəfəsinə uyğun olaraq qurmaq istəyir. Düşünürəm ki, o da komandanın uğur qazanması üçün əlindən gələni etməyə çalışacaq. 
 
- AZAL qarşısına cari mövsüm avrokuboklara vəsiqə qazanmaq məqsədi qoymuşdu. Təcrübəli bir futbolçu kimi, səncə, bu komanda ilə avrokuboklara vəsiqə qazanmaq mümkün idimi ?
- Nəzəri baxımdan hər bir məqsədə çatmaq mümkündür. Lakin hazırlıq dönəmində elə bir çətinliklərlə rastlaşdıq ki, bu gec-tez öz əvə "Neftçi"ni məğlub edə bilmişdik. Əlbəttə gücümüzü səfərbər etsəydik, mükafatçılar sırasına düşmək üçün mübarizə aparmaq olardı. Təəssüflər olsun ki, bir sıra problemlər üzündən komanda enişə doğru getdi və hazırdada 8-ci pillədə qərarlaşıb. Bundan sonra məqsədimiz yalnız yaxşı oyun göstərib maksimum xal toplayıb rəhbərliyin rəğbətini qazanmaqdır. 
 
- Bu uğursuzluqda günahkar kimi hesab edirsən ?
- Əgər komanda iddialılar sırasına düşə bilmirsə, hamımız günahkarıq. Əslində belə məsələlərdə günahkar axtarmaq yox, çıxış yolu tapmalıyıq. İndi çalışmalıyıq ki, qısa zamanda "qara zolaq"dan çıxaq və mövsümü uğurlu bir seriya ilə başa vuraq.
 
- AZAL-ın büdcəsinin aşağı salınması komandanın oyununa təsir etdi ?
- O da hansısa bir məsələlərə aiddir. Ola bilər ki, transfer gerçəkləşməsinə mane oldu, o da bir amildir ki, hardasa, komandaya təsir etdi. Bizdə elə də yüksək məvacib alan futbolçu yoxdur, əgər səviyyə ilə nəzərdə digər komandalarda daha güclü futbolçular var. Bizim isə yeganə çıxış yolumuz kollektiv oyunu göstərib, nəticə qazanmaqdır. Bununla da bir yerə qədər gedə bilərsən. 
 
- Vaqif Sadıqov çox nadir hallarda qapını sənə etibar edirdi. Buna necə izah verərdin ?
- Hər bir məşqçinin futbola öz baxışı var. Baş məşqçinin bu qərarlarına, hörmətlə yanaşırdım. Ola bilsin ki, mənim oyunum onu qane etmirdi. Bir kapitan və təcrübəli futbolçu kimi əlimdən gələni edirdim ki, baş məşqçinin etimadını qazanım. 
 
- Bütün rəqiblərlə qarşılaşmısınız. Səncə, "Qarabağ"ı indidən çemppion saymaq olar ?
- Hələ bu barədə danışmaq tezdir, qarşıda 9 oyun var, hər şey baş verə bilər. "Neftçi" və "Qəbələ"nin heyətində güclü futbolçular var, hər bir anda onlar komandalarını irəli aparqa bilərlər. Düzdür, "Qarabağ" çempionluğa yaxın görünür, yəqin ki, mövsümün sonuna 3 tur qalmış kimin çempion olacağı məlum olacaq.
 
Şahin OĞUZ

Xəbər xətti