3-cü dövrənin ən güclüsü "Qarabağ", ən zəifi AZAL

10:50 - 25 Mart 2014

Bu dövrədə ən az qol vuran "Sumqayıt" olub
 
Premyer Liqada 3-cü dövrəyə yekun vurulub. 
 
Sportal.az xəbər verir ki, 2014-cü ildə baş tutan 9 turun nəticələrinə əsasən “Qarabağ” hamıdan güclü olub. 
 
Ağdam təmsilçisi mümkün 27 xaldan 22-ni qazanıb. İlk “üçlük”də olan “Bakı” və “İnter” də dövrənin qalibi kimi cəmi 1 dəfə məğlub olub. Dövrəni qələbəsiz bitirən yeganə komanda isə AZAL olub.
 
3-cü dövrədə “Qarabağ” hamıdan çox - 19 qol vurub və ən az - 3 top buraxıb.
 
Ümumilikdə isə “Sumqayıt” ən az top vuran komanda olub – 5 qol. AZAL isə dövrə ərzində 17 qol buraxıb.
 
Qeyd edək ki, əvvəlki 2 dövrənin qalibləri daha az xal toplamışdı. “Qarabağ” ilk 9 turu hamıdan çox – 18 xalla tamamlamışdısa, “Qəbələ” 2-ci dövrənin qalibi olmaq üçün 19 xal əldə etmişdi. Bu isə o deməkdir ki, 3-cü dövrənin qalibi 9 tur üçün rekord sayda xal toplayıb.

Xəbər xətti