"Xəzər Lənkəran"la oyunda lazım olan vaxtda qol vurub oyunun taleyini həll etdik"MÜSAHİBƏ

12:01 - 25 Mart 2014

Polyak: "Əsas odur ki, komandada inam var ki, biz bunu bacara bilərik"
 
"Simurq"un yarımmüdafiəçisi Styepan Polyakın Sportal.az-a müsahibəsi:
 
- “Xəzər Lənkəran”ı səfərdə 3:1 hesabı ilə məğlub etdiniz..
- Oyuna istədiyimiz kimi başladıq və topa daha çox sahib aldıq. Erkən vaxtda bizə lazım olan iki qol vurduq və əlimizə düşən fürsətlərdən maksimum yararlanmağa başladıq. Ikinci hissə rəqib daha üstün oynadı və hesab arqasındakı fərqi azaltdı. Lakin tam vaxtında üçüncü qolu vurub oyunun taleyini həll etdik.
 
- Olduqca baxımlı qola imza atdın..
- Əsas qol vurmağım yox, komandanın qazanacağı üç xal idi. Qaldı ki belə qollar vurmağıma, məşqlərdən sonra həmişə uzaq məsafələrdən zərbələr vururam. Sözsüz ki, belə gözəl alınan qollarda bəxt amili də sözünü deyir.
 
- Çempionatda 3-cü dövrə başa çatdı. Bu dövrəni komandan üçün necə dəyərləndirirsən ?
- Qış fasiləsindən sonra çempionata uğursu  başladıq və ardıcıl məğlubiyyətlərlə üzləşdik. Acaq sonra çətin olan bacarıb toparlandıq və ardıcıl qələbələr qazandıq. Bu dövrənin əvvəllərində lazımsız xallar itirdik, indi turnir cədvəlində daha yaxşı pillələrdə ola bilərdik. 
 
- Az da olsa, bu mövsüm avrokuboklara getmək şansınız var...
- Bəli, biz bu məqsədi mövsümün əvvəlindən müəyyənləşdirmişdik. İkinci pillə ilə aramızda 9 xal fərqi var. Lakin unutmayaq ki, qarşıda 9 tur var, bu da 27 xala bərabərdir. Əgər belə davam edib qələbələr qazansaq, şansımız daha da artacaq. Əsas odur ki, komandada inam var ki, biz bunu bacara bilərik.
 
- 28-ci turda “Bakı” ilə qarşılaşacaqsınız və bu mövsüm arxada qalan hər üç matçda rəqibə məğlub olmusunuz..
- Bundan əvvəlki oyunlarda “Bakı”ya məğlub olmağımız heç bir məna vermir. “Bakı”nı məğlub etmək üçün şansımız var və biz son turlardakı oyunumuzu oynasaq qalib gələ bilərik.
 
Yusif HÜSEYN

Xəbər xətti