"Xəzər Lənkəran" rəsmisi: "Hər komanda Rəşad Sadiqovu heyətində görmək istəyər"

13:03 - 25 Mart 2014

"Hələlik danışıqlara başlamamışıq"
 
Son vaxtlar "Neftçi"nin kapitanı Rəşad Sadiqovun "Xəzər Lənkəran"a transfer məsələsi gündəmdədir. 
 
Bu məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlıaqə saxladıq, o, Sportal.az-a açıqlamsında bunları dilə gətirib:
 
"Hər bir komanda "Rəşad Sadiqovu öz heyətində görmək istəyər, həmçinin "Xəzər Lənkəran" da. Lakin futbolçunun "Neftçi" ilə müqaviləsi var. Biz nə futbolçu, nə də klubu ilə danışıqlar aparmamışıq".
 
Qeyd edək ki, Sadiqovun "Neftçi" ilə müqaviləsi may ayında başa çatır və yalnız bundan sonra futbolçu cənub klubuna keçə bilər.

Xəbər xətti