Hafiz Məmmədov yeni mövsümdə daha güclü və təcrübəli komanda yaratmaq üçün büdcəni yüksəldəcək
Yeni mövsümdə də "Lans"a sponsorluq etməyi planlaşdıran Azərbaycan şirkəti bəzi islahatlar aparmaq fikrindədi.
Bu haqda Fransa mətbuatı xəbər yayıb. "Madeinlens.com" saytının yazdığına görə, Hafiz Məmmədov yayda klubun büdcəsini artırmağı düşünür:
"Son vaxtlar ölkə mətbuatında azərbaycanlı iş adamının yeni mövsümdə "Lans"a pul ayırmaq istəməməsi ilə bağlı xəbərlər dolaşır. Bilirsiz ki, H. Məmmədov yayda 19 500 000 avro müqabilində klubun səhmlərinin 60 faizini almışdı. O, növbəti mövsümdən "Lans"a investisiya ayırmaq istəmir. Bu, maliyyə itkilərini doldurmaq üçündü. Amma ehtimal olduqca az inandırıcıdı. Çünki klubdan da bildiriblər ki, Hafiz Məmmədov yeni mövsümdə daha güclü və təcrübəli komanda yaratmaq üçün büdcəni 25milyondan 50 milyona yüksəldəcək".
Mənbə: Sportinfo.az
saytlarin hazirlanmasi