"Yerli oyunçularımız xaricə getməyəcəklərsə, ölkə futbolu inkişaf etməyəcək"
Azərbaycanın ən çox izlənilən futbol verilişlərindən olan "İnterAz" TV-nin "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.
Sportal.az xəbər verir ki, Rüfət Nadirlinin müəllif və aparıcısı olduğu verilişin budəfəki buraxılışında kubok oyunları və Premyer Liqanın XXVII turunun müzakirəsi ilə yanaşı, bir sıra maraqlı məqamlara da toxunulub. Verilişdə qonaq qismində yer alan "Komanda" qəzetinin və publika.az saytının əməkdaşı Natiq Muxtarlı yerli futbolçulara daha çox pul verilməsinin əleyhinə olaraq bu məsələdə futbol idarəçilərini tənqid edib :
"Bizim futbolçular indiki məqamda heç vaxt xaricə getməyəcəklər.Çünki onlar burada yaxşı pul alırlar. Ona görə də, futbolçularımız belə halda ölkədən kənara çıxarlarmı? Təbii ki, yox, Futbolçularımızın artıq hədəfi yoxdur, bu mühiti kim formalaşdırır, o pulu futbolçulara kim verir.... Yenə də gəlib çıxır futbol idarəçilərinin üzərinə.. Yerli oyunçularımız xaricə getməyəcəklərsə, ölkə futbolu inkişad etməyəcək. Azərbaycan futboluna rəhbərlik edən adamlar dəyişməsə, nə vaxta qədər Ramin Musayev PFL prezidenti, nə vaxta qədər Gülağa Cabbarov AFFA Hakim İnspektorlar Komitəsinin sədri,nə vaxta qədər Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri, nə vaxta qədər Elxan Məmmədov AFFA-nın baş katibi olacaqsa, bax bu söz-söhbətlər həmişə olacaq. Azərbaycan futbolunun idarəetmə sistemində köklü dəyişiklik olmalıdır".
saytlarin hazirlanmasi