"Xəzər Lənkəran" "Böyük oyun"da səfər tilsimini qıra biləcək ?
Premyer Liqanın son dövrəsinin start turu “Böyük oyun”la əlamətdar olacaq.
Sportal.az xəbər verir ki, paytaxtda üz-üzə gələcək “Neftçi” ilə “Xəzər Lənkəran” 10 illik rəqabətin tarixində 33-cü dəfə qarşılaşacaq. 3 dəfə Azərbaycan kuboku, 1 dəfə Superkubokda görüşən rəqiblər 28 dəfə çempionatda münasibətlərini aydınlaşdırıb.
İndiyədək baş tutmuş qarşılaşmalar kimin bir başa güclü olduğunu müəyyənləşdirməyib. Belə ki, həm “Xəzər Lənkəran”, həm də “Neftçi” 9 dəfə qalib gəlib. “Xəzər Lənkəran”ın qələbələrindən ikisi xüsusi əhəmiyyət kəsb edib. Bunlardan biri ilə Superkuboku başı üzərinə qaldıran “ağ-yaşıllar”, ölkə kubokunda da rəqibini mübarizədən kənarlaşdırmağı bacarıb.
14 dəfə isə “Böyük oyun”un qalibi müəyyənləşməyib. Lakin heç-heçənin qeydə alındığı bu görüşlərdən birinin taleyi penaltilər seriyasında həll olunub: Azərbaycan kubokunun finalında “Neftçi” qalib gəlib.
Səfərdəki 15-ci “Böyük oyun”a qədər “Xəzər Lənkəran” rəqib meydanında 2 dəfə qalib gəlib və 6 dəfə bərabərliklə kifayətlənib.
Bu 14 oyunda meydan sahibləri 23, qonaqlar 13 qol vurmağı bacarıb. “Böyük oyun”larda sonuncu dəfə səfərdə qalib gələn komanda “Xəzər Lənkəran”dır. “Gəmiqayıranlar” 2011-ci il martın 3-də kubokun 1/4 finalında meydan sahiblərini 4:3 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi