"İnanın, gülməyim gəlir"
Son günlərdə ən çox müzakirə edilən mövzülardan biri də "Neftçi"nin kapitanı Rəşad Sadiqovun mövsümün sonunda "Qəbələ" və "Xəzər Lənkəran"a transfer olunmasıdır.
Sportal.az xəbər verir ki, bu məsələyə futbolçunun özü Rəşad Sadiqov "Futbol+" qəzetinə verdiyi açıqlamasında aydınlıq gətirib:
"Bu söhbəti kim ortaya atıb , niyə atıb, bilmirəm. Allaha and olsun, heç bir klubla danışıqlar aparmamışam. Mətbuatda "Xəzər Lənkəran" və "Qəbələ"ylə danışıq apardığımı oxuyuram. İnanın, gülməyim gəlir. Heç bir əsası olmayan xəbərdi. "Neftçi" ilə müqaviləmin müddəti bu yay başa çatsaydı, deyilənləri inandırıcı saymaq olardı. Ancaq klubla 2015-ci ilə qədər anlaşmam var. Belə vəziyyətdə danışıq aparmağın mənası yoxdu. Xahiş edirəm, bu söhbəti bağlayaq."
saytlarin hazirlanmasi