"Qarabağ"ın futbolçusundan etiraf: "Allah da bunun cəzasını verdi" MÜSAHİBƏ

13:00 - 28 Mart 2014

"Qəbələ"dən güclü olduğumuzu sübut etmək istəyirik"
 
"Qarabağ"ın müdafiçisi Maksim Medvedevin Sportal.az-a müsahibəsi:
 
- İki gün sonra sizi “Qəbələ” ilə çətin oyun gözləyir. Cari mövsümdə çempionatın hər üç oyununda rəqibi məğlub etsəz də, amma  məhz “Qəbələ”  sizi kubokdan kənalaşdırdı...
- Həmin oyunu səbirsizliklə gözləyirik, çünki “Qəbələ” güclü heyətə və baş məşqçiyə malikdir. Biz meydana çıxıb onlardan güclü olduğumuzu sübut etmək istəyirik. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq. Ola bilsin ki, “Qəbələ”nin oyunçuları fərdi keyfiyyətlərə görə bizdən üstündürlər, ancaq “Qarabağ” kollektiv olaraq daha güclü təsir bağışlayır.
 
- Rəqibiniz son turda doğma meydanda “İner”ə 4:1 hesabı ilə məğlub olması sizdə arxaynçılıq yaratmır ?
- Deyərdim ki, məğlubiyyətdən sonra onların komandasında ab-hava başqa cür olar, onlar indi bizlə oyuna kökləniblər ki, qalib gəlib “qara zolaq”dan çıxsınlar. Onlar komanda olaraq əllərindən gələni edəcəklər ki, qalib gəlsinlər. Bu qələbə onlara lazım ola bilər, amma bizə onlardan da daha vacibdir.
 
- 3-cü dövrədə ən çox xal toplayan “Qarabağ”dır və ikinci pillə ilə aranızda 10 xal fərqi var. Artıq indidən “Qarabağ”ı çempion saymaq olar ?
- Qarşıda 9 tur, bu da 27 xal deməkdir. Bu barədə danışmaq üçün hələ tezdir. Ancaq biz bu istiqamətdə əllərimizdən gələni edəcəyik. Statistikaya baxanda görürük ki, son dövrədə ən çox qol vuran, ən az top buraxan komanda bizik. Bu da “Qarabağ”ın liderliyinə sübutdur. Komandada arxaynlaşmaqdan söhbət belə gedə bilməz. 1-ci yerə çıxmaq asandır, əsas odur ki, liderliyi sona qədər qoruyaq. Biz meydana çıxanda heç vaxt məğlubiyyət və heç-heçə üçün çıxmırıq. Komanda gözəl mehriban kollektivə malikdir, axırıncı dəfə “Qarabağ”ın nə vaxt belə olması yadımda deyil. 
 
- “Qarabağ” çempionatı kuboka qurban verdi. Bu fikirlə razısan ?
- Belə hesab etmirəm, biz həm kubokda, həm də çempionatda mübarizəni davam etdirmək istəyirdik. Komandada zədəlilər var idi, həm də kuboka başqa cür yanaşırdıq, Allah da bunun cəzasını verdi. Artıq indi bütün diqqətimiz çempionatdadır. “Qəbələ” kubokda bizdən istəkli idi, həmin oyunda motivasiyamız yetərincə deyildi, fikrimiz çempionatda idi.
 
- Bir neçə il əvvəl də belə hadisə təkrarlanmışdı, lakin sonda “Qarabağ” nə kubok, nə də çempionatda qızıl medal qazana bilmədi ?
- Bəli yadımdadır, eyni ssenaridir. Onda çempionatda 1 xal fərqimiz var idi ikinci pillə ilə, indi isə 10 xal. Kubokumuz olmaya bilər, əsas çempionatdır.
 
- Kubokun revanşını “Qəbələ”dən ala biləcəksiniz ?
- Bu oyunda qələbə revanş almaq fikrində deyilik. Əsas onu fikirləşirik ki, “Qəbələ”dən güclü olduğumuzu sübut edək. Bizdə revanş prinsipi yoxdur, bizim primsipimiz odur ki, hər oyunda rəqibin kimliyindən asılı olmayaraq 3 xal qazanaq.
 
- Çempionatda ən səviyyəli legionerlər “Qarabağ”dadır. Bu fikirlə razısan ?
- Mənim fikrimcə, Azərbaycanın ən güclü legioneri Reynaldodur. Almeyda və Çumbinyo də fantastik oyunçulardır, amma onlar ayrı-ayrı oynaya bilməzlər. Bu “3-lük” meydanda olanda, komandada inam da artır. Bu üçlük “Qarabağ”ın döyünən ürəyidir, amma gərk komandada birlik olsun.
 
Yusif HÜSEYN

Xəbər xətti