"Bəziləri istəksiz oynayırlar"
"Bu gün ikinci oyunumda ikinci məğlubiyyətimi aldım. Görünür, komanda artıq məğlubiyyətlərə öyrəşib. Komandada görüləsi çox iş var, çalışıb komandanı bu vəziyyətdən çıxartmaq lazımdır"
Sportal.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bildirib. O, məğlubiyyətin səbəbini futbolçularda görüb.
"Meydanda da hiss olunurdu ki, bəzi futbolçular meydanda istəksiz oynayırlar, can qoymurlar. Xüsusi ilə də, müdafiədə belə səhvlər olacağını bilmirdim. Həmin istəksiz oynayan futbolçularla ciddi söhbətimiz olacaq. Lazım gəlsə, onlar cərimələnəcək, hətta onlarla yollarımızı ayıra bilərik. Həmin futolçuları başa düşə bilmirəm"ş
saytlarin hazirlanmasi