"Neftçi" ilə oyunda çempionatda yuxarı pillələrə qalxmaq üçün yox, azarkeşlərimiz üçün vuruşacağıq" MÜSAHİBƏ

21:03 - 28 Mart 2014

"Avrokuboklar üçün yeganə şansımız kuboku qazanmaqdır"
 
"Xəzər Lənkəran"ın təcrübəli futbolçusu Adrian Skarlatakenin Sportal.az-a müsahibəsi
 
- Komanda “Neftçi” ilə oyunun hazırlıqlarını tamamlayıb. “Simurq”a məğlubiyyətdən sonra komanda psixoloji cəhətdən bu oyuna köklənə bilib?
- Əlbəttə. Əvvəlcə qazandığımız uğursuz nəticələr bizim bu oyuna köklənməməyimizə səbəb ola bilməz. Çünki “Neftçi” ilə oyunlarımız müxtəlif olur. Bu oyuna kimsə tərəfindən motivasiya olmursan, bu motivasiya təbii şəkildə olur.
 
- Bildiyimiz qədər zədəlisən...
- Uzun müddətdir ki, zədəliyəm və 3 turdu ki, bu halda oynayıram. Amma bu vacib oyunda heç vaxt komandanı tək qoymaram, ola bilər ki, “Neftçi” ilə oyundan sonra bir müddət oynamayım. Sabah da oyuna iynə ilə çıxacam.
 
- “Neftçi” ilə oyunda qələbə həsrətinə son qoya biləcəksiniz ?
- Bu oyun bizim üçün çempionatda daha yuxarı pillələrə qalxmaq üçün yox, sırf azarkeşlərimiz üçün vacibdir. Azarkeşlər komandamızın dirəyidir, meydana 3 xal üçün çıxacağıq.
 
- Amma azarkeşlər bu oyunda sizə kömək edə bilməycəklər...
- Əlbəttə, onlarsız hər oyunumuz çətin olur. Onları xoşbəxt etmək üçün bu oyunu qazanmalıyıq, bu qələbəni onlara hədiyyə etməliyik.
 
- Komandada kifayət qədər itki var. Bu nə dərəcədə təsir edəcək oyununuza ?
- Bəli, mən və bir neçə futbolçumuz var ki, iynə gücünə meydana çıxacaq, bu da bizim üçün bir riskdir. Hətta 3 oyunçumuz sabah zədə səbəbində meydanda olmaya bilər. Ancaq bu, bizə bəraət qazandırmır ki, məğlub olaq. 
 
- Bəzi futbol mütəəssisləri bu oyunu “şərəf oyun”u adlandırırlar...
- Bu biz və azarkeşlərimiz üçün “şərəf oyun”udur. Meydanda son gücümüzə qədər vuruşacağıq. 
 
- Artıq çempionatın “Xəzər Lənkəran” üçün bir mənası qalmayıb. Bu fikirlə razısan ?
- “Neftçi” ilə matçı çıxsaq, bəli, razıyam. İndidən sonra ilk “3-lük”də qərarlaşmağımız çox çətindir. Obyektiv olsaq, avrokuboklar üçün yeganə şansımız kuboku qazanmaqdır. Biz əsas gücümüzü kuboka verib yarımfinala yüksəlmək istəyirik.
 
Yusif HÜSEYN

Xəbər xətti