"Ona görə 3 ildir bizi uda bilmirlər"
Dünən "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə mətbuata verdiyi açıqlamada "Xəzər Lənkəran"la "Neftçi" arasında rəqabətin olmadığının bu sözlərlə dilə gətirmişdi."Amma, bu tur oynanılacaq “Neftçi” – “Xəzər Lənkəran” matçının “Qarabağ” – “Sumqayıt” matçından bir fərqi yoxdur. Çünki, komandalar arasında səviyyə fərqi var. Bizim mövqeyimizlə “Xəzər Lənkəran”ın mövqeyi arasında xeyli fərq var.Belə olan halda, bu oyuna hansı hakimin təyin olunmasının nə fərqi? Rəqabət olan vaxt, bundan danışa bilərdik".
Bu açıqlamaya cənub təmsilçisinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında bildirib:
"Bir məsəl var, "İgid ölər, adı qalır". Son üç ildə "Xəzər Lənkəran" çempionatda elə də uğurlu nəticə göstərmir. Əgər bizi ciddi rəqib saymırlarsa, niyə son üç ildə uğursuz nəticə göstərdiyimiz müddətdə bizi Lənkəranda məğlub edə bilməyiblər? Ümumiyyətlə, son 8 ildə bizi evimizdə məğlub edə bilməyiblər".
saytlarin hazirlanmasi