Dənizli "Neftçi" ilə oyundan danışdı: "Aşağı keyfiyyətli bir qarşılaşma idi"

19:07 - 29 Mart 2014

"Oynaya biləcəyimiz oyunu oynamadıq"

 

"Mübarizəli, lakin keyfiyyəti aşağı bir oyun idi. Kim bir qol vursaydı, o da qalib gələsi idi. Liqada heç bir ümidimiz olmadığı üçün bəzən çətinliklərlə üzləşirik.

 

Bu oyun bizdə müsbət bir təəssürat yaradacaq.

 

Bu gün çoxlu epizod yarada bilmədik, oynaya biləcəyimiz oyunu oynamadıq.

 

Zohair bu gün çox yoruldu, ona görə onu əvəzlədim. Başqa bir şansımız var idi. Slavik Arazın qarşısında uğurlu olmadı. Piti belə bir təzyiq olan oyunda oynatmağım düzgün deyildi. Bəzən şərtlər elə gətirir ki, əlindəki oyunçulardan isifadə edə bilmədik. Qış fasiləsində istədiyimiz 3 azərbaycanlı oyunçunu transfer edə bilmədik. Bunlar hamısı biz məcburiyyətdən etdiyimiz hərəkətlərdir. 

 

Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "Neftçi" məğlubiyyətdən sonra bildirib. Dənizli limit məsələsinə də toxunub

 

"Bizim dərdimiz yerli heyəti gücləndirməkdir. Tək problem futbolçuların istifadə bilməməyimizdir"

Xəbər xətti