Böyükağa Hacıyev: "O Pantiçə deyin ki..."

19:20 - 29 Mart 2014

"Əvvəllər deyirdilər ki, hakimlər "Neftçi"ni dartır, amma bu gün "Neftçi"ni sıxırlar"

 

"Bu oyuna şərh vermək lazım deyil, vacib olan üç xalı qazandıq. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik. Hakimlər barəsində danışmaq istəmirəm, amma bir penaltimiz verilmədi. Əvvəllər deyirdilər ki, hakimlər "Neftçi"ni "dartır", amma bu gün "Neftçi"ni sıxırlar. Hakimlər bütün təcrübələrini "Neftçi"nin üstündə yoxlayırlar. Əsas diqqətimizi kuboka  yönəldəyəcik. Fikir verin, yarımfinal komandaları arasında bir dənə yetim-yüsür kimi yerli məşqçi Böyükağa Hacıyevdir". 

 

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev bildirib. O, artıq "Xəzər Lənkəran"la oyunun "Böyük oyun" adlandırılması məsələsinə də qarşı çıxıb:

 

"Mən 10 gün əvvəl demişəm ki, "Böyük oyun" söhbətini yığışdırın. Bu "Böyük oyun"dan çox küçə savaşına bənzəyir. Mən qorxurdum ki, uşaqlar kontroldan çıxalar. Əgər demişəmsə, "Xəzər Lənkəran"a 5 qol vuracam, deməmiş olum. Futbola gözəllik verən azarkeşlərdir, bilmirəm ki, onları niyə buraxmırlar meydançaya. O Pantiçə deyən lazımdır ki, mən "Bakı" ilə oyunda hücumçunu yarımmüdafiəçi oynadırdım.

 

Sadıq Sadıqov komandadan getsə, mən 24 saat əvvəl gedərəm. Mən yığdığım reytinqi ona borcluyam.

 

 Cavid İmamverdiyevə şans verəcəm ki, özünü göstərsin. ya o bezib futboldan gedəcək, ya da futbol oynayacaq."

Xəbər xətti