Orxan Sadıqlı sükutu pozdu: "Ermənistanda yox, Azərbaycanda oynayırıq"

22:32 - 29 Mart 2014

"Bilirəm, düzgün hərəkət etməmişəm, amma..."
 
Bu gün "Böyük oyun"dan sonra "Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlının azarkeşlərə orta barmaq işarəsi göstərməsi ilə bağlı fotoları yayılmışdı. 
 
Bu şəkillərlə bağlı Sadıqlı ilk olaraq Sportal.az -a açıqlamasında aydınlıq gətirib:
 
"Başa düşə bilmirəm, mən onlara nə etmişəm. Elə bil, mən azərbaycanlı deyiləm, oyun boyu durmadan məni təhqir edirlər, ya da Azərbaycanda yox, Ermənistanda oynayırıq. Həmin insanlar öyrədilmiş insanlardı. Onlara sözüm özlərinə və onları öyrədənlərə hörmət etsinlər. Bilmirəm nə deyim ? Düzgün hərəkət etməmişəm, həmin an hirslərimi cilovlaya bilmədim, amma inanın ki. mənim yerimdə kim olsaydı, eyni hərəkətə və bundan da artıq hərəkət göstərərdilər. Meydanda mübarizə aparan yerli futbolçular hamısı Azərbaycan üçün oynayır. Bəzi fanatlar düşünmür ki, hamının ailəsi, tanışları var. Bu təhqirləri yığışdırmaq lazımdır. Sabah bu təhqirləri görüb kim oyunlara gələr ki? Futbolun sonu üçün yox, inkişafı üçün nələrsə etmək lazımdır. Həmin fanatları niyə ilk hissədən sonra meydandan çıxartdılar, çünki öyrədilmiş insanlardı, təxribat etməyə çalışırlar".

Xəbər xətti