Syomin: "Qarabağ" ikinci qolu ofsayddan vurdu"

20:08 - 30 Mart 2014

"Uğurlar barəsində may ayında söhbət edərik"

 

"İki fərqli hissə alındı. Nəzərə alsaq ki, hava şəraiti uyğun deyildi. İlk hissədə güclər bərabər idi, ikinci hissədə erkən qol buraxdıq. Hakimlərən xüsusi ilə də yan xətt hakimdən narazıyam. "Qarabağ" ikinci qolu  ofsayddan vurdu, amma hakim mərkəzi göstərdi".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin "Qarabağ"la oyundan sonra bildirib. O, sözlərinə belə davam edir.

 

"Qarşıda oyunlarımız var, kubokda yarımfinaldayıq. Uğurlar barəsində may ayında söhbət edərik. Mətbuatda son vaxtlar neqativ yazılar gedir, amma əslində elə deyil. Komandada heç bir problem yoxdur, rəhbərlik də mənə dəstək olur".

Xəbər xətti