Zaur Əzizov: "Hamımız günahkarıq"
"Qarabağ"a məğubiyyətdən sonra "Qəbələ"nin soyunub-geyinmə otağında yaşanan hadislələr heç də komandada durumun ürəkaçan olmasından xəbər verir. Elnur Allahverdiyevin müsahibəsində legionerlərin oyuna can yandırmadıqlarının deməsi də, yerli və əcnəbi futbolçular arasında münasibətlərin yerində olmadığını göstərir.
Son olaylarla bağlı "Qəbələ"nin baş meneceri öz fikirlərini Sportal.az-a açıqladı:
"Komanda iki oyundur, böyük hesabla məğlub olur. İddialı komandada bu da gərginlik yaradır, futbolçular da məğlubiyyətlə barışmayınca belə hadisələr baş verir. Sözsüz ki, onlar da sakit dayana bilməzlər. İstər-istəməz emosiyalar artaraq arada mübahisə yaradır. Soyunub - geyinmə otağında yaşananlar məğlubiyyətin etirazı kimi qəbul olunur.Ümumiyyətlə, orada dava-dalaş olmayıb, ancaq söhbət gedib. Məşqçilər korpusu da həmin söhbətdə iştirak edib. Yuri Syomin bu məsələdə hər hansı bir futbolçunun üzərinə getmədi, narazılığını bütün futbolçulara çatdırdı. Ola bilər ki, bu Elnur Allahverdiyevin müsahibəsindən sonra yaranan bir fikirdir, elə bilməyin ki, yerli və əcnəbi futbolçular arasında münasibət pisdir. Elnurun emosional açıqlamalarında görünür ki, legionerlərdən bundan da artıq oynamaqlarını istəyib. Qış fasiləsinə qədər, komandanı yüksək pillələrə daşıyan bu futbolçular idi, əgər komanda uğursuz çıxış edirsə, hamımız günahkarıq.
Burada yerl və legionerlərin ayrılmağının yeri də yoxdur. Mükafat olduğu kimi, uğursuz çıxışa görə cəza da var. Klubun nizam-intizam qaydalarına uyğun laraq, hər bir futbolçu həm cəzalanır, həm də cərimələnir. Bu komandanın daxili işidir, bunu açıqlamaq məcburiyyətində deyilik. Onu da bilin ki, qalib gldiyimizx oyunlarda da nizam-intizamı pozan futbolçular çızalalnıblar".
saytlarin hazirlanmasi