"Bakı"nın gənc futbolçusu 3 oyunluq cəzalandırıldı
İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az iclasda alınan qərarları təqdim edir:
“Sumqayıt” – AZAL: “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Oyunun 55-ci dəqiqəsində “Sumqayıt” klubununməşqçisi Mehman Yunusov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.
“Neftçi” – “Xəzər Lənkəran”: Matçının 28 və 32-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən protexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur.
“Bakı” – “Simurq”: “Bakı” klubunun 31 №-li futbolçusu Vüqar Mustafayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.
“Qarabağ” – “Qəbələ”: “Qəbələ” klubunun 36 №-li futbolçusu Elnur Allahverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
“Qəbələ” klubunun məşqçisi Andrey Syomin hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.
saytlarin hazirlanmasi