"Qarlı havada oynasaydıq, istər-istəməz oyunumuzda problemlər olasıydı" MÜSAHİBƏ

15:00 - 1 Aprel 2014

Mikel Alvaro:"Mən də çalışıram ki, verilən şansları boşa xərcləməyim"
 
"İnter"İn futbolçusu Mikel Alvaronun "Rəvan"la oyundan sonra (3:0)  Sportal.az-a müsahibəsi
 
- Ardıcıl ikinci böyükhesablı qələbənizi qazandınız...
- Bu oyunda 3 xalı qazanan tərəf biz olmalıydıq, çünki bizdən ön pillədə qərarlaşan “Neftçi” və “Bakı” da qələbə qazanmışdı. Biz xal fərqimizi qoruyub daha yuxarı pillələrə qalxmaq istəyirik. Oyunda asan qələbə qazandığımız görsənsə də, əslində çətin oyun oldu. Rəqib sona qədər mübarizə apardı. Biz isə əlimizə düşən fürsətləri layiqincə dəyərləndirdik və layiqli qələbə qazandıq.
 
- Artıq bir neçə oyundur ki, baş məşqçi sənə şans verir və artıq 3 qola imza atmısan ...
- Ehtiyyat skamyasında oturanda da şansımız gözləyirdim, məşqlərdə əlimdən gələni edirdim ki, əsas heyətə düşüm. Baş məşqçi də mənə şans verdi, mən də çalışıram ki, verilən şansları boşa xərcləməyim. Qol vurduğuma görə təbii ki, sevinirəm, ancaq qoldan əsas üç xal qazanmağımızdır.
 
- Bazar günü möhkəm qar yağdığına görə “Rəvan”la oyun dünən keçiriləsi oldu. Bu, sizin işinizə yaradı ?
- Bəli, bu qərarın verilməsi bizim üçün yaxşı oldu, bu gün daha yaxşı şəraitdə oynadıq və öz oyunumuzu meydanda göstərdik. Qarlı havada istər-istəməz oyunumuzda problemlər olasıydı.
 
- Komandanın avrokuboklara getmək şansını necə dəyərləndirirsən ?
- Hələlik şanslarımız var, bunun üçün də mübarizə aparırıq. Kuboku tərk etdikdən sonra bütün diqqətimizi bura yönəltmişik. Məqsədimiz mövsümü ilk “3-lük”də bitirib Avropaya vəsiqə qazanmaqdır.
 
Yusif HÜSEYN

Xəbər xətti