"Onların könlünü almaq üçün kuboku qazanıb Lənkərana aparmalıyıq" MÜSAHİBƏ

13:42 - 5 Aprel 2014

Tural Cəlilov: "Bu, bizi ruhdan saldı"

 
"Xəzər Lənkəran"ın müdafiəçisi Tural Cəlilovun Sportal.az-a müsahibəsi:
 
- Bildiyimiz qədər zədəlisən. Zəədnin son durumu necədir ?
- Fərdi məşqlərlə kifayətlənirəm. Digər tərəfdən də müalicəmi davam etdirirəm.  Dəqiq nə vaxt hazır olacağım bilinmir, təxmini 1 həftəyə zədəmi sağaldaram. Bu gün oynaya bilməyəcəm, yəqin ki növbəti oyun və ya kuboka qədər tam hazı olum.
 
- “Xəzər Lənkəran”ın son dönəmdə “qara zolağ”a düşməsinin səbəbi nədir ?
- Qış fasiləsindən sonra çempionata çox yaxşı başladıq. Ancaq qələbələrdən sonra son  dəqiqələrdə buraxdığımız qollarla lazımsız yerə xallar itirdik. Bu bizi ruhdan saldı. Çünki liderlə xal fərqində çox geridəydik. Bu xal itkiləri də bizdə stimul aşağıdır. Ümidlərimizi bağlamışıq ancaq kuboka.
 
- Kubokun yarımfianlında “Qəbələ” ilə qarşılaşacaqsınız. Rəqibiniz də çempionatda göstərdiyi uğursuzluqlara görə bütün diqqətini kuboka yönəldib..
- Keçilməyən bir komanda yoxdur. Biz də bilirik ki, çempionatda oyunları yaxşı getmir. Yuxarı pillələrdən getdikcə aralaşırlar. Onlar da diqqətini kuboka yönəldib. Çətin oyun olacaq, şanslar bərabərdir. Kim yaxşı oynasa, o da finala yüksələcək.
 
- Bu gün ölkə çempionatında “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu görüş komandalar üçün kəşfiyyat xarakteri daşıyacaq ?
- Bu oyunda da yaxşı oyun oynayıb gücümüzü göstərmək istəyirik. Biz çempionata da var-gücümüzlə çıxırıq, yəni bizdə yuola vermək söhbəti yoxdur. Ola bilsin ki, oyunumuz alınmır, məğlub oluruq.
 
- Son oyunlarda azarkeşlər elə bil komandadan inciyib ?
- Bu yəqin ki, çempionatda göstərdiyimiz uğursuz nəticələr görədir. Onlar da bizdən qələbə istəyirlər, xüsusi ilə də öz meydanımızda. Onları qınamıram, inciməyə də haqqları var. Onların könlünü almaq üçün kuboku qazanıb Lənkərana aprmalıyıq.
 
Yusif HÜSEYN

Xəbər xətti