Qurban Qurbanov: "Bu gün surpriz də ola bilərdi"

19:08 - 5 Aprel 2014

"Onun oyununda heç bir eniş yoxdur"
 
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov AZAL-la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Sportal.az Qurbanovun fikirlərini təqdim edir:
 
"Baxmayaraq ki, sönük oyun getdi, vacib 3 xal qazandıq. Bu gün AZAL bizim üçün tanış olmayan rəqib idi, surprizdə ola bilərdi. Gələcəkdə Əhmədovun rəhbərliyi altında oyun üslubu olacaq. Hesabda geridə olmalarına baxmayaraq, oyun nizam-intizamını pozmadılar. Tərlan Əhmədovun gəlişinə sevindim, ona da uğurlar arzulayıram. O cümlədən, azarkeşlərimizə təşəkkür edirəm, baxmayaraq ki, Bakıdan biraz uzaqda oynadıq, meydana gəldilər.
 
- Vaqif Sadıqovun AZAL-ı ilə Tərlan Əhmədovun komandası arasında nə fərq var?
- Vaqif müəllimin komandasına qarşı oynamaq çətin olur, çünki onun rəhbərliyi zamanında təkbətək oyuna üstünlük verilirdi və özləri də oynamırdılar. Ancaq Əhmədovun rəhbərliyi altında özləri oynayırlar, həm də rəqibə oynamağa imkan vermirlər. Həm də bu oyunda müdafiə və hücum arasında yaxşı anlaşma var.
 
- Leroyun ehtiyatda qalması nə ilə bağlıdır ?
- Onun yununda heç bir eniş yoxdur, sadəcə limitə görə Vüqara şans verdim, həm də Vüqarla Leroyun hər ikisinə şans verməyə çalışıram..
 
- "Qarabağ"ın çempionluğuna nə mane ola bilər?
- Hələ çempionluqdan danışmaq üçün tezdir. Qarşıda 7 oyun var, bu da 21 xal edir. Əvvəlcədən proqnoz verməyi xoşlamıram

Xəbər xətti